“Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək”

Bu mövzuda YAP Ağsu rayon təşkilatının layihəsi davam edir
“Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək”

YAP Ağsu rayon təşkilatı “Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək” layihəsi çərçivəsində şəhid Hüseyn Səmədzadə Müşviq oğlunun ailə üzvlərini və Vətən müharibəsi qazisi Yaqub Abdullayev Fərrux oğlunu ziyarət ediblər. Görüşlər zamanı bildirilib ki ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə, sağlamlığını itirmiş qazilərimizə hər zaman diqqət və qayğı göstərilir. Dövlət başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq Ağsu rayonunda da şəhid və qazi ailələri mütəmadi olaraq ziyarət olunur, mövcud problemlərinin aradan qaldırılması üçün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, şəhid Hüseyn Səmədzadə Müşviq oğlu 1997-cı il avqustun 30-da Ağsu şəhərində anadan olmuşdur. Oktyabrın 8-də Füzulinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə «Vətən uğrunda» və «Füzulinin azad olunmasına görə» medalları ilə təltif olunub.

Qazi Yaqub Abdullayev Fərrux oğlu 2000-ciildə Ağsu rayonunun Qaraqaşlı kəndində anadan olub. Ağsu şəhər 2 saylı tam orta məktəbi bitirib. Sentyabr ayının 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq müharibəyə yollanmışdır. Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə «Vətən uğrunda» medalı ilə təltif olunub. YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov qeyd edib ki, bu 44 günlük müharibə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti və iradəsi ilə müzəffər ordumuzun gücünü, xalqımızın birliyini dünyaya göstərdi. Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirblər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.

Allah Vətən torpaqlarının azadlığı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən bütün Şəhidlərimizə qəni-qəni rəhmət eləsin!.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə