Sabah Lavrovla Çavuşoğlu görüşəcək

Sabah Lavrovla Çavuşoğlu görüşəcək

Martın 10-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qətərdə türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

SİA-nın məlumatına görə, bu barədə Rusiya XİN bildirib.

Qeyd edək ki, S.Lavrov Yaxın Şərq ölkələrinə səfərlər keçirəcək.

Qətərdə rusiyalı nazir əmir Tamim bin Həməd əl-Tani və xarici işlər naziri Məhəmməd bin Əbdül əl-Tani ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə