İƏT-in Azərbaycana dəstək verməsi, əməkdaşlığı genişləndirməsi ölkəmizin xeyrinədir ÖZƏL-MÜNASİBƏT

"Əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatındakı çıxışı dünyada çox böyük əks-səda yaradıb. Çünki, bütün dünya son illər görür ki, Azərbaycan sülhün, əminamanlığın tərəfdarıdır, Azərbaycan bu istiqamətdə çox mühüm tədbirlər həyata keçirən, çox mühüm layihələrə imza atan bir dövlətdir. Bu, Azərbaycan Prezidentinin çıxışlarında, Azərbaycan Prezidentinin müsahibələrində, eləcə də videoformatda keçirilən konfranslarda özünü bir daha aydın göstərir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir və belə bir təşkilatın Azərbaycana dəstək verməsi, Azərbaycanla əməkdaşlığı genişləndirməsi ölkəmizin xeyrinədir və ölkəmizin rəhbəri də daimi olaraq İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin möhkəmlənməsinə böyük önəm verir.
"Konfransda nəinki Azərbaycan Prezidentinin çıxışı, həmçinin Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eləcə də Pakistanın baş naziri İmran xanın çıxışı dünya tərəfində böyük maraqla dinlənilirdi. Çox sevindirici haldır ki, hər iki dövlət rəhbəri Azərbaycanın 44 günlük mübarizədə qalib gəlməsini böyük sevinclə qeyd etdilər, bu münasibətlə təbrik elədilər və həm də bunu bölgədə sülhün, azadlığın təmin olunması üçün vacib şərt hesab etdilər. Bu bir reallıqdır. Çünki, Cənab Prezident də dünənki, Yeni Azərbaycan Partiyasının VII-ci Qurultayında bir daha dilə gətirdi ki, yeni dövr yeni reallıqlar yaradır.
Əlbəttə ki, erməni faşizinə qarşı mübarizə və təcavüzkarların yerində otuzdurulması, onların məhvi nəinki Azərbaycan, nəinki bölgə üçün, bütün dünya üçün çox əhəmiyyətlidir. Çünki, faşizmə dünyada yer yoxdur. Biz faşizmin dünya xalqlarına vurduğu ziyanı, zərbəni, insanlığa qarşı suiqəsdləri aydın görmüşük və bu gün də görürük. Ona görə də, Azərbaycan ədaləti, tarixi ədaləti bərpa elədi və sözsüz ki, sülhsevər ölkələr bu yolu düzgün qiymətləndirməlidirlər, bu yola düzgün qiymət verməlidirlər. Bu baxımdan hər iki qardaş ölkənin rəhbərlərinin Azərbaycan Prezidenti haqqında, Azərbaycan xalqı haqqında xoş sözlər söyləməsi təbiidir və bu, bizim hər birimizi sevindirir.
Azərbaycan Prezidenti hakimiyyətə gəldiyi ilk gündən bəyan edib ki, o dünyada əminamanlığın, sülhün, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır və bütün əməli ilə, bütün fəaliyyəti ilə bunu sübut elədi və dünya bunu gördü. Ancaq, təəssüflər olsun ki, torpaqlarımızı işğal edən erməni təcavüzkarları bunu qiymətləndirə bilmədilər və Azərbaycan xalqı, Azərbaycan Prezidenti hərb yolunu seçdi, öz sözünü dedi. Bu müharibə Azərbaycan Prezidentinin qətiyyətini, onun düşünülmüş siyasətini bir daha ortaya qoydu və dünyaya göstərdi ki, Azərbaycan xalqı öz torpaqları uğrunda mübarizə aparmağa, qəhrəmanlıq göstərməyə qadirdir.
Biz torpaqlarımızı azad etdik və bu gün xoşbəxtik. Ancaq Azərbaycan Prezidenti yenə də özünün son müsahibələrində dəfələrlə xatırladıb ki, erməni xalqı bu döyüşlərdən, bu məğlubiyyətlədən nəticə çıxarmalıdırlar. Onlar təcavüzdən, faşizm ideologiyasından əl çəkməlidirlər və biz bir qonşu ölkə olaraq dinc şəraitdə yaşamalıyıq. Əgər bu mümkün olmasa, onlar təcavüzkar siyəti davam etdirmək, təxribatlar törətmək istəsələr Azərbaycan hər an yenə də öz dəmir yumruğunu göstərə, mənfur niyyətliləri öz yerində otuzdura bilər və bunun üçün ölkəmizin yetərincə gücü, qüdrəti var", deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...