Seyran Ohanyan 1 martın əsas günahkarını göstərdi - Nikol Paşinyan
1 mart hadisələrinin əsas günahkarı Nikol Paşinyandır. Bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan Bağramyan prospektində “Vətənin Qurtuluşu Hərəkatı”nın mitinqi zamanı bəyan edib.
Ohanyan bildirib ki, mitinqə orduya dəstək olmaq üçün gəlmişik: "Ordu hamımızdır və bu gün biz Ermənistan ordusu sıralarındayıq. Yalnız Nikol Paşinyan və Türkiyə Prezidenti Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı tərəfindən səsləndirilən açıqlamanın çevriliş cəhdi olduğunu bildirib. Ordu torpaqlarımızın necə hissə-hissə təhvil verildiyini deməlidir".
Ohanyan deyib ki, baş nazirin ordu komandanlığını nə işdən çıxartmaq, nə də mühakimə etmək hüququ var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB