Azərbaycan beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb? - AÇIQLAMA ÖZƏL

Azərbaycan beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb? - AÇIQLAMA ÖZƏL

“Ermənistanın keçmiş prezidenti son açıqlamasında sözün əsl mənasında özünün terrorçu, vaxtilə rəhbərlik etdiyi dövlətin isə terrorçu dövlət olduğunu etiraf edib. Heç bir siyasətçi hələ indiyənədək öz siyasi xələfini qonşu ölkəyə qarşı münasibətdə daha yaxşı və cəsarətli terrorçu ola bilməməkdə qınamayıb. Sarqsyan isə faktiki olaraq Paşinyanı yaxşı terrorçu olmamaqda, əsgərlərin kütləvi toplanma ərazilərinə “iskəndər” raketi atmamaqda suçlayır”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü, “Yeni Azərbaycan” qəzetinin Baş redaktoru Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, bu azmış kimi Sarqsyan Azərbaycanın reallaşdırdığı beynəlxalq enerji layihələrini, qaz və neft boru kəmərlərini “iskəndər” raketlərilə vurulmamasını qəbahət və suç hesab edir: “Eyni zamanda Gəncədə bir mülki obyektin digər mülki hədəflə səhv salınmasını qeyri dəqiqlik hesab edir. Beləliklə də uzun illər Ermənistan adlandırılan dövlətin və onun rəhbərlərinin terrorçu düşüncə sahibləri olduğunu bütün dünyaya nümayiş etdirir. Elə bu gün də Ermənistanda revanş hissləri ilə yaşayanlar sarqsyan – koçaryan – paşinyan terrorçuluğunun davamçılarıdır. Ona görə də qoy bütün dünya bir daha görsün ki, Azərbaycan uzun illərdir sadəcə işğalçı ölkə ilə deyil həm də dövlət adı altında beynəlxalq terror təşkilatı ilə necə mübarizə aparıb”.

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan əslində isə işğalçılarla bərabər həm də beynəlxalq terroizmin mərkəzlərindən birini məhv edib: “O mərkəz ki, daima beynəlxalq enerji layihələrini də teror hədəfi kimi görüb. Sarqsyan öz açıqlamasında sadəcə fiziki terroru deyil, həm də siyasi terrorou yaxşı bacardığını göstərir. Onun bu terroru isə daha çox öz xalqına yönəlmiş siayasi terordur. Erməni ictimai rəyini terrorizə edərək bildirib ki, guya 2016-cı il aprel döyüşlərində Azərbaycan məğlub ediləcəyini başa düşərək atəşkəs haqqındaa qərar qbul edib. Ancaq elə növbəti cümləsindəcə özünü təkzib edərək bildirib ki, o atəşkəs üçün Rusiyaya müraciət edib. Bax bu əsl siyasi terror nümunəsidir. Ona görə də Sarqsyanın bu müsahibədə səsləndirdiyi fkirlər kifayətdir ki, o terrorçu kimi mühakimə edilsin və dünyada antiterror koalisiyasından danışanlar ilk növbədə Ermənistanın da adını terror təşkilatı kimi siyahıya daxil etsinlər”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə