Növbəti dalğa "Milli Şura"nı, AXCP və Müsavatı tarixin arxivinə atacaq
Azərbaycanın sosial-iqtisadi inkişaf modeli dünyanın əksər aparıcı dövlətləri və beynəlxalq maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir. Təəssüflə qeyd etmək olar ki, müxalifətçilik proseslərindən kənarda qalmaqla parçalanıb, daha da radikallaşan AXCP, Müsavat kimi partiyaların funksionerləri ölkəmizin uğurlarını həzm edə bilmirlər. Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı kimi əlləri daim xarici maraqlı dairələrin cibində olan daşlaşmış məxluqlar nəzarətsiz poliqon hesab olunan sosial şəbəkələrdə qeyri-ciddi, əsassız məlumatlar yayır, videolar paylaşırlar. Xüsusilə də, Qarabağda əldə olunan 44 günlük parlaq qələbədən sonra, bu kateqoriyanın təmsilçiləri 10 noyabr razılaşması ilə bağlı ictimai rəyi çaşdırmağa xidmət edən dezinformasiya xarakterli açıqlamalarla çıxış edirlər. Bir növ, erməni mətbəxtində hazırlanan təamlara uyğun ağız dadı nümayiş etdirirlər. Gah Rusiaya sülhməramlılarının Qarabağa yerlə.məsinin "işğal" faktı olduğunu bildirir, gah da azərbaycanlıların Xankəndinə, Xocalıya, Xocavəndə köçürülmələrinin mümkün olmayacağı barədə, absurd iddialar ortaya qoyurlar. Yəni, Xankəndidəki terrorçular Araik Arutunyan, Vitali Balasanyan kimi çıxışlar edirlər. Belə baxanda, elə təəssürat yaranır ki, sanki Araik Arutunyan, Vitali Balasanyan kimi terrorçular üfunət iyi verən ağızlarından nə zəhərləri tökürlərsə, onları izləyən Azərbaycanın dağıdıcı müxalifət liderləri də bir-bir onları dənləyirlər.
Tərəflər eyni siyasi maraqları bölüşürlər
Xatırladaq ki, terrorçubaşı A.Arutunyan bir qədər əvvəl özündən uydurmuşdu ki, onlar heç zaman Xankəndidə Azərbaycan bayrağının dalğalanmasına imkan verməyəcəklər. Digər separatçı-terrorçu V.Balasanyan da sərsəmləmişdir ki, azərbaycanlıların heç bir halda Xankəndinə gəlib, yaşamalarına imkan verməyəcəklər. Söz yox ki, bu terrorçulardan başqa nəsə yaxşı fikir gözləməyə dəyməz. Çünki bunlar beynəlxalq səviyyəli terrorçudurlar və Xocalı soyqırımının birbaşa təşkilatçılarıdırlar. Təəccüb doğuran məqam ondan ibarətdir ki, ən azı şəxsiyyət vəsiqələrində azərbaycanlı milləti sözü yazılmış Azərbaycanın dağıdıcı müxalifət liderləri nədən eyni ilə Xankəndidəki terrorçular kimi düşünür və sosial şəbəkələrdə statuslar paylaşırlar? Şübhələr və ehtimallar uzaqlara gedib çıxır və son qənaət ondan ibarət olur ki, Xankəndidəki terrorçularla Bakıdakı müxalif başbilənlər eyni mərkəzdən idarə olunurlar.
Bu, faktdır ki, Azərbaycanın dağıdıcı müxalifəti qərəzli dairələrin ölkəmizin əleyhinə istifadə olunan alətə çevrilib. Bu, əlbəttə ki, nəzəri fikir deyil, təcrübədə özünün mənfi əksini tapmış reallıqdır. Məhz bu kontekstdə dağıdıcı müxalifət dövlətçilik ideyalarına xidmət etmək əvəzinə, Azərbaycanın gələcəyini düşünməyən "ələbaxan oyuncaq müxalifət" kimi tanınır. Bəzən belə sual yaranır ki, Azərbaycan müxalifəti və xaricdəki "söyüş müxalifəti" heç vəchlə, terrorçubaşlarla eyni ssenarinin aktyorları ola bilməzlər, sadəcə, bilməzlikdən milli maraqlara zidd açıqlamalar verirlər. Və bu açıqlamlarda əksər hallarda terrorçubaşların mövqeləri ilə üst-üstə düşür. Əvvəla, onu qeyd etmək olar ki, Azərbaycan müxalifətinin öndə gedən partiya sədrləri siyasətdə ilk addımlarını atmırlar, nə danışdıqlarının fərqindədirlər. İkincisi isə, onların yaşları və başları məyusluq yaradan fikirlərin səslənməsinə imkan verə bilməz.
Qarabağda hərbi və diplomatik qələbə müxalifət başbilənlərinin kürkünə birə salıb
Bütün bu kimi nəticə, o qənaəti yaradır ki, Qarabağda hərbi və diplomatik qələbə müxalifət baş bilənlərinin kürkünə birə salıb. Şüurlu şəkildə anlamağa başlayırlar ki, siyasətdə qalmaq imkanları artıq daralır. Bu baxımdan, əvvəlki yazılarımızda qeyd etdiyimiz "müxalifət öz maraqları xatirinə şeytanla da əməkdaşlıq etməkdən çəkinməz" yanaşmamız bu gün öz təsdiqini tapmaqdadır. Bu gün AXCP, Müsavat və "Milli Şura" təmsilçiləri başa düşürlər ki, onların siyasətdə qalmaq imkanları məhdudlaşır. Növbəti zəif dalğa onların siyasət arxivinə atılmaları ilə yekunlaşacaq. Ona görə də, amplualarına uyğun olaraq şər və böhtan kampaniyasından geninə- boluna bəhrələnməyə çalışırlar. Amma el məsəlidir, "filankəs qaş düzəltdiyi yerdə, vurub göz çıxartdı". Müxalifət başbilənləri də, ictimai rəydə qismən də olsa, müsbətə doğru imic qazanmaq ümidi ilə, ənənəvi metodlarını işə salsalar da, vəziyyətlərini daha da ağırlaşdırmış olacaqlar. Çünki batan gəmini xilas etmək mümkün olmadığı kimi, rüsvayçı durumda olan müxalifət partiya sədrlərini də, uçurumun kənarından sakit məkana çəkmək mümkün deyil.
İ.ƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB