Hava təhlükəsinin narıncı səviyyəsi Rusiya paytaxtında bazar günü axşamdan etibarən qüvvədədir. SİA kommersant.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Hidrometeorologiya Mərkəzi məlumat yayıb.
Məlumata görə, 7 fevral saat 20:00-dan 9 fevral çərşənbə axşamı, 20: 00-dək Moskva və Moskva ətrafı bölgədə anomal soyuq hava şəraiti gözlənilir. Sinoptiklər çərşənbə axşamı gecəsinin ən soyuq olacağını təxmin edirlər. Proqnozlara görə Rusiya paytaxtında tempratur mənfi 27 ° C-yə, Moskva ətrafı bölgədə isə mənfi 30 ° C-yə düşə bilər.
Xatırladaq ki, hava təhlükəsinin narıncı səviyyəsi ən sonuncu səviyyədən əvvəlki səviyyədir və bu şəraitdə təbii fəlakət, eləcə də ziyan ehtimalının olması gözləniləndir.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB