YAP Xızı rayon təşkilatının növbti hesabat yığıncağı keçirilib - FOTOLAR

YAP Xızı rayon təşkilatının növbti hesabat yığıncağı keçirilib - FOTOLAR

YAP Xızı rayon təşkilatının 2020-ci ildə görülən işlərlə bağlı hesabat yığıncağı keçirilib. Qed olunub ki, YAP Xızı rayon təşkilatının iş planında nəzərdə tutulan tədbirlərin vaxtında yerinə yetirilməsinin təmin edilməsinə təşkilatın aparatı tərəfindən hesabat dövründə ciddi nəzarət olunmuşdur. Əlavə olaraq cari işlərlə bağlı tədbirlər planında nəzərdə tutulmayan tədbirlər də həyata keçirilmişdir. Ərazilərdə gənclərlə və qadınlarla aparılan iş Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı Aparatının, Gənclər Birliyi və Qadınlar Şurasının daim diqqət mərkəzində saxlanılmışdır. İyun ayında rayon təşkilatının 2020-ci ilin birinci yarımillik, dekabr ayında isə illik statistik hesabatları tərtib edilmiş, statistik uçot dəqiqləşdirilmişdir. Statistik hesabata görə hazırda rayon təşkilatı 40 ərazi ilk partiya təşkilatı üzrə 1799 nəfər partiya üzvünü öz ətrafında birləşdirir ki, onların 857 nəfəri qadınlar, 798 nəfəri gənclərdir.

Ümummilli Liderimiz, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev tərəfindən yaradılan Yeni Azərbaycan Partiyasının sıralarında birləşən hər bir xızılı partiya üzvü bu gün möhtərəm prezidentimiz, partiyamızın sədri İlham Əliyevin ətrafında sıx birləşərək harada işləmələrindən asılı olmayaraq ölkəmizdə, o cümlədən rayonumuzda aparılan irimiqyaslı abadlıq və quruculuq işlərinə öz töhfələrini verir və bundan sonra da verəcəklər.

2020-ci il Parlament seçkiləri ilə bağlı YAP Mərkəzi Aparatı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq bütün tədbirlər həyata keçirilmişdir. «Daha güclü Azərbaycan naminə» şüarı ilə təbliğat-təşviqat kompanıyasını uğurla həyata keçirərək Yeni Azərbaycan Partiyasının namizədi səs çoxluğu ilə Milli Məclisə üzv seçilmişdir

YAP Xızı rayon təşkilatı sosial şəbəkələrlə bağlı müvafiq tədbirlər həyata keçirərək qarşıya qoyulan vəzifələri yerinə yetirmişdir.

YAP Xızı rayon təşkilatının partiya fəallarının siyahısı tərtib olunaraq Mərkəzi Aparatın Bazasına göndərilmişdir və ərazi ilk partiya təşkilatlarının pasportlaşmasını həyata keçirmişdir.

YAP Xızı rayon təşkilatının Gənclər Birliyi 600-dən yuxarı bal toplayaraq ali məktəblərə daxil olmuş iki məzunun mükafatlandırılması ilə bağlı pandemiya qaydalarına uyğun görüş və Gənclər Birliyi "Heydər Əliyev və gənclik", "Azərbaycan Gəncliyinin dünya gəncliyinə inteqrasiyası" mövzularında onlayn video-konfrans keçirmişdir. Həmçinin, partiyanın Gənclər Birliyi rayon Gənclər və Idman Idarəsi ilə birgə "Gənclər günü" ilə əlaqədar tədbir keçirmişlər.

YAP Xızı rayon təşkilatı 20 yanvar faciəsinə və «Xocalı soyqırımı» ilə bağlı tədbirlər keçirilibdir.

YAP Xızı rayon təşkilatı pandemiya qaydalarına uyğun olaraq Ulu Öndərin anım günü ilə əlaqədar "Heydər Əliyev müasir müstəqil Azərbaycanın banisidir" mövzusunda onlayn video-konfrans formatında elmi-praktik konfrans keçirmişdir. Pandemiya qaydalarına uyğun olaraq Yeni Azərbaycan Partiyasının yaranmasının 28–ci və Xızı rayon partiya təşkilatının yaranmasının 27-ci ildönümü ilə əlaqədar tədbirlər keçirmişdir. Pandemiya ilə bağlı rayonda keçirilən maarifləndirici tədbirlərdə fəal iştirak etmişdir. Həmçinin YAP Xızı rayon təşkilatı tərəfindən imkansız şəhid ailələrinə, əlillərə maddi yardım göstərilmişdir və təşkilatının maliyyə dəstəyi ilə 20 ailəyə gigiyenik vasitələr paylamışdır. YAP Xızı rayon təşkilatı "Koronavirusla mübarizəyə dəstək fonduna" iki yüz manat vəsait köçürmüşdür. YAP Xızı rayon təşkilatının rəhbərliyi və partiya fəalları

şəhidlərin dəfn və yas mərasimlərində iştirak etmişlər. Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı 2021-ci ildə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəkdir.

R.KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə