Çin gec-tez böyük hərbi güc statusu qazanacaq - MÜSAHİBƏ

Çin gec-tez böyük hərbi güc statusu qazanacaq - MÜSAHİBƏ

İqor Korotçenko: Müasir Rusiya texnologiyalarını olduğu kimi kopyalamaq mümkün deyil

Hazırda ən vacib hərbi sirr hansılardır? Müasir qlobal silah bazarı çox böyük və gəlirlidir. Bununla birlikdə, silah nümunələrini sataraq onların yaradılmasında istifadə olunan gizli texnologiyaları necə qoruya bilərsiniz? Hərbi-texniki əməkdaşlıq sahəsində hansı tərəfdaşlar xüsusilə vacibdir? Xüsusi xidmətlər necə işləyir? Nüfuzlu hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Pravda.Ru-ya müsahibəsində bu məsələlərdən danışıb. Müsahibəni təqdim edirik.

(Əvvəli burada)
https://sia.az/az/news/politics/851435.html

- İqor, dünyada kəşfiyyat fəaliyyətinin gücləndiyini, Rusiya ilə ABŞ-ın kəşfiyyat və əks-kəşfiyyat xidmətləri arasında rəqabətin davam etdiyini söylədiniz. İntellektual sirlər və texnologiyalar hazırda çox aktualdır. Silah satarkən özümüz istəmədən texnoloji inkişaflarımızı bölüşürük. Sirlərimiz necə qorunur?

- Bunun üçün silah nümunəsində ixracat görünüşü üçün pasport var. Taktiki və texniki xüsusiyyətləri baxımından ixrac edilən, lakin Rusiya ordusu üçün nəzərdə tutulmuş silah modellərindən bir qədər fərqlənən silah nümunələri.

Raket texnologiyasına bir nəzarət rejimi var - MTCR. Məsələn, yerüstü döyüş gəmiləri və ya sualtı qayıqlar üçün silah sistemlərinin bir hissəsi olaraq xaricə təmin etdiyimiz qanadlı raketlərin raket texnologiyasına nəzarət rejiminə uyğun xüsusiyyətləri var, yəni buraxılış məsafəsi 500 kilometrdən azdır.

Rusiya silahlı qüvvələrindəki oxşar sistemlərin buraxılış məsafəsi 1500 kilometrə bərabərdir – yəni 3 dəfə çoxdur. Buna görə məhdudiyyətə diqqət verilir.

SIRLƏRƏ NƏZARƏT

Hər silah razılaşması imzalanmadan əvvəl hərtərəfli təhlildən keçir. Bir sıra nazirliklər, idarələr, xüsusi xidmətlər və təşkilatlar müəyyən bir Rusiya silah sistemlərinin müəyyən bir ölkəyə tədarükü imkanları barədə ekspert rəylərini təqdim edirlər.

Diplomatik, hərbi, hərbi-texniki və s. fərqli cəhətləri nəzərə alırlar. Sonra kollektiv olaraq bir qərar verilir. SVR (Xarici Kəşfiyyat Xidməti- E.B), Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, FSB (Federal Təhlükəsizlik Xidməti- E.B), Prezident Administrasiyası və bütün digər ixtisaslaşmış strukturların əleyhinə deyilsə, yalnız o zaman müqavilə bağlanır və çatdırılma həyata keçirilir.

Nəzarət sistemi kifayət qədər etibarlı işləyir. Əsas xüsusi ixracatçımız olan Rosoboroneksport-a əlavə olaraq, bütün silah ixracatı prosesinə nəzarət edən, lisenziyalaşdıran və dövlət maraqlarının keşiyində durmağı təmin edən Federal Hərbi-Texniki Əməkdaşlıq Xidmətimiz var.

ÇIN VƏ HINDISTAN

Sadə bir silah nümunəsini- avtomatik tüfəng və başqa bir şeyi yığmaq, sökmək və kopyalamaq bir şeydir. Alqoritmlərin, tamamilə qeyri-şəffaf olan daxili məqamların olduğu üçün kopyalamanın mümkün olmadığı kompleks bir silah sistemi isə tamamilə başqa bir şeydir.

Bunu tapmaq üçün məlumat daşıyıcılarını və yaratma texnologiyasını axtarırlar. Bu müasir dünyada belədir. Əslində bu, həmişə belə olub.

Bu və ya digər Rusiya silah sistemini satın alan bir ölkədə, onun taktiki və texniki xüsusiyyətlərini pisləşdirmədən çoxaltmaq tamamilə mümkün deyil - bu, müasir texnologiyanın səviyyəsidir. Buna görə, hər halda, çinlilər, Rusiyada ən modern hərbi texnologiyala nümunələrini alsalar da, onları 100% dəqiqliklə çoxalda bilməyəcəklər.

Çinlilər başqalarının nümunələrini klonlaşdırsalar da, yenə də öz hərbi qabiliyyətlərini inkişaf etdirirlər. İqtisadiyyat buna imkan verir, təyyarə istehsalına da daxil olmaqla elmi və texniki inkişafa, öz fabriklərinə, gəmiqayırma zavodlarına, böyük maliyyə mənbələri investisiya edirlər.

Bu gün Çin donanmasının qurulma sürəti Amerika gəmiqayırma zavodlarında döyüş gəmilərinin istehsal nisbətindən yüksəkdir. Çin böyük bir hərbi güc statusuna doğru irəliləyir. Gec-tez bu statusu qazanacaq.

Çinlilərin nüvə qüvvələrini sürətlə inkişaf etdirməmələri, nüvə raketlərinin sayının nisbətən az olması başqa bir məsələdir.

Əlbətdə ki, Çinlə yaxın hərbi-texniki əlaqələrə görə, bu prosesin bütün əhəmiyyəti baxımından Hindistan bizim üçün daha da prioritet tərəfdaşdır.

Hindistan bir çox inkişaf etmiş müasir silah sistemlərimizi əldə edir, baxmayaraq ki, "Hindistanda hazırla" şüarına uyğun texnologiya almağa çalışır. Bu müasir dünya reallığıdır- rəqabət və əks-fəaliyyət.

QAPALI PROSES

Heç kim bizi alqışlarla gözləmir, silah satışı həmişə çox çətin və qapalı bir prosesdir, amma biz bu işdə uğurluyuq.

Rusiya ixracatında neft və qaz gəlirlərinin yüksək olduğu üçün Obama bizi bir “yanacaqdoldurma stansiyası” adlandırsa da, dəqiq cihazlar, maşınqayırma və müdafiə sənayesi sahələrində çox rəqabətliyik. Silahlarımızın alternativə sahib olmaq istəyən ölkələr üçün cəlbedici qalması üçün hər şeyi etməliyik.

DÜŞMƏN YATMIR

Əlbətdə ki, hər kəs başqalarının sirlərini bilmək istəyir. Baxın son vaxtlar hərbi intellektual dairələrin nümayəndələrinə qarşı nə qədər casusluq və ya xəyanət hadisəsi başlandı.

Bütün bunlar müxtəlif ölkələrin kəşfiyyat orqanlarının fəal işinin nəticəsidir və bəzi insanların vasitəsilə məlumat almağa çalışırlar.

Rusiya Federasiyası ərazisində, bizə rəsmi olaraq dost olanlar da daxil olmaqla bir sıra dövlətlərin, xüsusən də Çinin xüsusi xidmətləri bu gün çox fəaldırlar. Ancaq bu kəşfiyyat xidmətlərinin dünyasıdır.

Milli maraqlar üstünlük təşkil edir. Bu səbəbdən hər hansı bir ölkə, hər hansı bir xüsusi xidmət öz ölkəsinin mənafeyi naminə problemləri həll edir. Kəşfiyyat və əks-kəşfiyyat arasında hər zaman bir rəqabət var.

Davamı olacaq

Müsahibə aldı: İnna Novikova

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə