Qərb ölkələrinin Rusiya Federasiyasına qarşı sanksiya tətbiq etmə ehtimalı hələ görünmür. SİA xəbər verir ki, bu sözləri RİA Novosti-yə açıqlamasında Rusiya Elmlər Akademiyasının ABŞ və Kanada İnstitutu Hərbi-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri Vladimir Batyuk, Alexey Navalnının işi ilə əlaqədar danşarkən deyib.
Mütəxəssis, Qərbin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmə ehtimalını qiymətləndirib və çox şeyin Rusiyanın özündə vəziyyətin inkişafından asılı olacağını söyləyib.
Xatırladılır ki, cərşənbə axşamı Moskvadakı Simonovski məhkəməsi Navalnının “İv Roşe” işi üzrə şərti cəzasının ləğv edilməsinə və ümumi rejimli çəzaçəkmə müəssisəsinə 3,5 il müddətinə dəyişdirilməsinə qərar verib. Qeyd olunur ki, qısa müddət sonra ABŞ, Almaniya, Fransa və İngiltərə də daxil olmaqla aparıcı Qərb ölkələri onun sərbəst buraxılması üçün Rusiya rəhbərliyinə müraciət ediblər.
Nəzərə çatdırılılr ki, bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyi, Navalnı ilə bağlı vəziyyəti şərh edən xarici siyasətçilərə beynəlxalq hüquqa hörmət etmələrini və ölkələrinin problemləri ilə məşğul olmalarını tövsiyə edərək, Qərb siyasətçilərinin bu mövzuda verdiyi açıqlamaların "plana bənzədiyini" qeyd edib. Kreml xaricdən Navalnı ilə bağlı açıqlamaları dinləmək niyyətində olmadığını nümayiş etdirib.
Diqqətə çatdıraq ki, bu ərəfədə Çexiya Xarici İşlər Nazirliyinin başçısı Tomas Petrşiçek, Navalnıya verilən hökmdən sonra Avropa Birliyinin yenidən Rusiya Federasiyasına qarşı sanksiyalar mövzusuna qayıtması lazım olduğunu söyləyib. Respublikaçı senator Mitt Romni isə bu həftə "cavabdeh" şəxslərə qarşı sanksiyalar haqqında bir qanun layihəsi təqdim edəcəyini dilə gətirib.
Batyukun qeyd etdiyi kimi, Qərb ölkələri Rusiyaya qarşı sanksiyaların tətbiq olunmasının məqsədəuyğunluğu ilə bağlı hələ ortaq bir mövqeyə gəlməyiblər.
"Avropa Birliyi Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrellin Rusiyaya səfəri ləğv edilmədi və İsveç Xarici İşlər Naziri Ann Linde bir gün əvvəl Moskvaya səfər etdi. Navalny işi ilə əlaqədar Rusiyada fiziki və ya hüquqi şəxslərə qarşı konkret bir tədbir görülməyib”, deyə rusiyalı politoloq bildirib.
Batyukun fikrincə, Qərbin sanksiyalarının mümkün tətbiqi ilə bağlı vəziyyət əsasən Rusiyanın özündə vəziyyətin necə inkişaf edəcəyindən asılı olacaq.
"Rusiya Federasiyasındakı etirazlar aşağı enərsə və bu, payızda parlament seçkilərinin keçirilməsinə təsir göstərməzsə, Qərb tərəfdaşlarımızın Rusiyadakı daxili siyasi vəziyyətə təsir etmək üçün real fürsəti olmayacaq", deyə agentliyin həmsöhbəti proqnoz verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB