Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək…

Prezident İlham Əliyev: “Torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”

Tarixi faktları saxtalaşdırmaq olmaz. Xalqımız 2003-cü ildən bu günə kimi “müxalifət” deyilən qurumun hansı məqsədlərə və kimlərə quluq etdiklərini, ən əsası isə satqınçılıqlarını bilirdi. Və bu gün son 17 ildə Azərbaycan Prezidentinin öz xalqına göstərdiyi qayğı və bütün dünayını ağuşuna alan koronavirusa qarşı mübarizədə ancaq vətəndaşların sağlamlığının prioritet olduğunu deyərək dövlət başçımız "Biz birlikdə güclüyük!" şüarı ilə bütün uğurlu addımları, 30 il həlli müşkülə dönənən qondarma "Dağlıq Qarabağ" probleminə birdəfəlik "net" deyən, 44 gun davam edən Vətən Müharibəsinin dəmir yumruq siyasətinin müəllifi Prezident, Ali Baş Komandanımız İlham Əliyev cənablarının "İRƏLİ!" əmri ilə Güclü Ordumuzun rəşadətli əsgər və zabitlərimizin igidliyi ilə Qarabağ Azərbaycandır! Qələbə qazanması xalqımızın həmrəy və birliyidir və Prezidentimizin istər siyasi, istər iqtisadi, istərsə də xarici siyasət sahəsindəki bu uğurları isə müxalifəti təşvişə salıb.

Abırsızdan “abır” olmaz

Çünki Erməni təcavüzü, içimizdəki “beşinci kalon”, koronavirus. Hansı daha təhlükəlidir? Çünki Vətən Müharibəsi zəfərini həzm edə bilməyənlər Paşinyan səviyyəsində irəli gedə bilməzlər. Məhz AXCP sədri Əli Kərimlinin əlaltısı olan "Milli Şura" xainlərinin Vətən müharibəsində əldə etdiyimiz zəfərlərimiz ətrafında erməni dəyirmanına su tökməklə abırsızlıqla xidmət etdiyini göstərməkdədir. İstər Əli Kərimlisi, istər Cəmili Həsənli, Gültəkin Hacıbıyli, Sevinc Osmanqızı, Tofiq Yaqublusu və bu kimi cəmiyyətə, millətə, xalqa yararsız olan bu abırsız satqınlar qlib xalqı, qalib əsgəri, qalib dövləti öz bazar və çayxana düşüncələri ilə ört-basdır etməklə birbaşa olmasa da, dolayı yollarla erməni aşnalarına çatdıran bu erməni alaqları elə belə düşüncəli olmalıdırlar. Bir də erməni ayaqqabısının silinməsinə lazım olmayan "tryapkalar" elə zənn edirlər ki, xalq onların əməllərini unudublar? Qətiyyən! Tarix unudulmur - hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək…

Tarixi düyünlər haçalandıqca…

Prezident İlham Əliyev dəfələrlə xalqa müraciətlərində bildirib ki, torpaqlarımızın işğal altına düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir: "Əgər 1992-ci ildə onlar qanunsuz yollarla hakimiyyətə gəlməsəydilər, əgər dövlət çevrilişi etməsəydilər, bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi. Əlbəttə ki, tarixə qayıdıb nə ola bilərdi, nə olmaya bilərdi demək çox çətindir. Ancaq hər halda, torpaqlarımızın işğal altına düşməsində onların birbaşa iştirakı, əli var və bu məsuliyyəti onlar daşıyır. Çünki 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə çatmışdı. Azərbaycanda daxili çəkişmələr baş alıb gedirdi, xaos, böhran yaranmışdı, siyasi böhran yaranmışdı və hakimiyyət uğrunda mübarizə çox ciddi fəsadlara gətirib çıxarmışdı. Ermənistan isə bundan istifadə edərək torpaqlarımızı zəbt etməyə davam edirdi. Şuşa və Laçının işğal altına düşməsindən sonra vəziyyət kritik həddə çatdı. Bundan istifadə edən Azərbaycan Xalq Cəbhəsi dövlət çevrilişi edərək hakimiyyətə gəldi. Ancaq ondan sonra nə oldu? Ondan sonra bütün səylərini öz laxlamış hakimiyyətini möhkəmləndirmək, ölkəmizdə repressiyalar təşkil etmək, senzuranı tətbiq etmək və digər antidemokratik addımlar atmağa yönəltdi. Torpaqlarımız işğala məruz qalırdı, mülki əhalimiz öz dədə-baba torpaqlarından didərgin salınırdı, Azərbaycan Xalq Cəbhəsi, onun rəhbərliyi ancaq bir məqsədi güdürdülər ki, öz ciblərini doldursunlar, öz yaxın adamlarını vəzifələrə təyin etsinlər və öz hakimiyyətinin ömrünü uzatsınlar. Kəlbəcərin işğal altına düşməsi bax, bu çirkin addımların nəticəsi idi. Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri. O adamların heç bir təcrübəsi yox idi. O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı? Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı. Müdafiə naziri, riyaziyyat müəllimi. Riyaziyyat müəllimi müdafiə naziri ola bilərmi? Məhz bu riyaziyyat müəllimi Şuşanı düşmənə təhvil verdi. Deyirdi ki, Şuşa əldən gedərsə, başıma güllə vuracağam. Bu günə qədər orada-burada sülənir. Şuşanı biz qaytarmışıq, biz. Siz satmısınız onu, xalq xainləri. Daxili işlər naziri. Quldurluq baş alıb gedirdi, jurnalistlər həbs olunurdu, döyülürdü, canlı efirdə maşınların yük yerinə atılırdı. Bu idi Azərbaycan Xalq Cəbhəsinin rəhbərləri. Baş nazir elmi kommunizm üzrə kiçik elmi işçi idi. Baxın, bu təzadlara baxın. Ölkə iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında qabağa aparmağa məsul olan adam elmi kommunizm üzrə kiçik elmi işçi idi. Hansı idarəçilik, hansı islahatlar, hansı müdafiə qabiliyyəti təmin oluna bilərdi? Bizim dərdimiz və faciəmiz budur ki, təsadüfi adamlar hakimiyyətə gəldilər, hakimiyyəti qanunsuz yollarla qəsb etdilər və ölkəmizi uçuruma apardılar".

Göründüyü kimi, tarix unudulmur - hər kəs etdiyi əməllərin cəzasını mütləq yaxın zamanlarda çəkəcək. Dövlət başçısı onu da bildirib: "Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Gəncəni bombalamışdılar. Bunu heç kim unutmasın! Bilməyənlər bilsinlər və gənc nəsil bunu bilsin, kim bizi bu bəlaya saldı? Kim bu bəlanın səbəbkarıdır? Kim bir milyon insanın ağır vəziyyətə düşməsinin səbəbkarıdır? O vaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti. Əslində, indi paralel aparsaq, onların obrazı elə bil kollektiv Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə olunan və öz ölkəsini məhv edən. Bax, kollektiv Paşinyandır onlar. Onları tanımayanlar, əgər onlar haqqında hər hansı bir təsəvvür yaratmaq istəsələr, Paşinyana baxsınlar. Onun addımlarına baxsınlar və onun simasında o vaxtkı Azərbaycan Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər”.

Radikal fikirli, “görkəmli hüquqşünas”, "millət fədaisi" satılıb-satan Əli Kərimli, öz savadsızlığı və səviyyəsizliyi ilə seçilən, mətbuat orqanı ilə informasiya agentliklərini fərqləndirə bilməyən Qənimət Zahid və kökü, mənəviyyatı erməni xislətli, erməni təxribatına qahmar çıxan Sevinc Osmanqızı, satqınlığını hər cür formada nümayiş etdirən Arif Məmmədov, “Yurd” şefinin traypkası olan Cəmil Həsənli, özünü "Milli Şura"nın "primadonnası" Gültəkin Hacıbəyli, "hüquq müdafiəçisi" Vidadi İskəndərli və bu kimi xalqın düşmənləri usanmaq bilmədən təcavüzkar ölkənin özləri kimi başı boş, savadsız Ermənistanın baş naziri Nikol Paşinyanın müdafiə edən çıxışlar etməsinə nə ad vermək olar? Vicdansızlıq və nankorluq! Bir də, taylı-tayını tapar. Bu satqınların mənəvi aşınmaya uğradıqları ilə yanaşı, etnososioloji varlıq olaraq erməniləşdiklərini, tarixi düşmənlərimizlə eyni mental xüsusiyyətləri paylaşdıqlarını ortaya qoyurlar.

Hər kəs etdiyi əməllərin cəzasını çəkəcək

Həm də xalqın qarşısında. 28 il “müxalifətdəyəm” deyənlərin əqidəsi, məsləki, satqınlığı, əxlaqsızlığını zaman, özü də dünyanı ağuşuna alan koronavirusun baş aldığı bir dövrdə elə üzə çıxarır ki, virus qalır bir yana, AXCP-nin Rəyasət Heyətinin "zoom iclasları" ilə Əli Kərimli başda olmaqla nəinki müxalifəti, bütün insanları aşılamaqla bir daha əsl simalarını göstəridilər. Və bu gün yenidən təcavüzkar Ermənistanın törətdiyi təxribatlarına həmişə dəstək verən radikal müxalifət, xüsusilə də AXCP sədri Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov kimilər necə ki, iş çətinə düşən kimi, “dövlətin yanındayıq”, vəziyyət stabilləşən kimi olurlar iblis. Çünki istər dələduzlar yuvası olan “Milli Şura”, istər “beşinci kalon”un cinayətkar virusları anlamalıdırlar ki, indi 90-cı illərin əvvəlləri deyil ki... Bu vicdansız və əxlaqsızlar bunu anlaya bilməzlər. Anladıqları o idi ki, ölkədə 90-cı illərin rüzgarlarını əsdirməyə cəhd etmək. Həmin dövrdə yaşanan gərgin hadisələr, anarxiya, özbaşınalıq və xaos yaddaşlara əbədi həkk olunub.

Göründüyü kimi, tarix unudulmayıb. Arzuolunmaz ssenari düzənləmək istəyənlər isə unudublar ki, nə dövlət həmin dövlətdir, nə cəmiyyət! İndi dövlət cox güclüdür, cəmiyyət isə ağı-qaradan seçə bilir. Əldə olunan nailiyyətlər və qələbələr sırasında təhlükəsizlik, güclü ordu, əmin-amanlıq, sabitlik, inkişaf və sosial rifah öndə gəlir. Və bu satqın, erməniyə nökərçilik edənlər anlamalıdır ki, Azərbaycanın Müzəffər Ordusu, igid əsgər və zabitlərimiz və Qalib, Lider Sərkərdəsi İlham Əliyevin dəmir yumluq siyasəti ilə xalqımız doğma torpağına – Qarabağa qovuşdu.

AXCP və “Milli Şura”nın xain mövqeyi

Bu gün AXCP və "Milli Şura" açıq-aydın xain mövqeyini nümayiş etdirməkdədir. Bu real amildir ki, tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır. Və bu gün AXCP və “Milli Şura”, Sevinc Osmanqızının “OsmanqızıTV”, Qənimət Zahidin “Azərbaycan saatı” və bu kimi ikiayaqlılar əldə olunan Qələbəni və torpaq uğrunda vuruşan və şəhid olanları təhqir etməklə, düşmən qoltuğuna sığınmaqla xalqa, dövlətə əsl xain olduqlarına və nə zamansa, bütün bunlara görə mütləq, amma mütləq cavab verməli olacaqlarını bilməlidirlər!

Çünki Sevinc Osmanqızı erməni bayrağını qoruyan bandit, xuliqan, vətənşüvəndir

Bu o Osmanqızıdır ki, erməni siyasi mətbəxində hazırlanan tezislər əsasında bayrağının və şəhidinin qürurunu qoruyan azərbaycanlılara bandit deyirdi. Sevinc Osmanqızının içində Azərbaycana nifrət, azərbaycanlılara kin formalaşıb.

Bir azərbaycanlı üçün onun torpağı, bayrağı müqəddəsdir, qeyrətdir, namusdur. Kiçik yaşlı azərbaycanlıdan tutmuş yaşlısına qədər hər kəs bayrağını daim əlində və başının üzərində tutar, himnini oxuyanda həyəcanlanar, qürrələnər. Amma Əli Kərimli, Gültəkin Hacıbəyli, Cəmil Həsənli, Sevinc Osmanqızı, Vidadi İskəndərli, Arif Məmmədov, Qənimət Zahid kimi bandit, vətənşüvənlər erməni qoltuğuna sığınmaqla, tula payına görə mənliklərini alçatmağı üstün tuturlar. Daha doğrusu, üzələrinə tüpürsələr də, o biri üzlərini çevirən alçaq və mənəviyyatsızlardır.

Bundan sonra isə söz xalqındır. Əsgərimizə, dövlətimizə şər atan bu şarlatanlar yığınına xalq sözünü deməli, onlara yerini göstərməklə yanaşı, əlbəttə ki, hüquq-mühafizə orqanları da belə məsələlərə biganə qalmamalıdır. Vətən, dövlət, xalq xainləri, düşmənə işləyən bu satqınlar yığnağı hüquqi çərçivədə də cavablarını almalıdırlar. Çünki xalqımızın və dövlətimizin maraqlarına qarşı çıxmaq Vətənə xəyanətdən başqa heç nə deyil! İnanırıq ki, Vətənə və dövlətə qarşı xəyanət yolu tutan bu satqın və naqis xəyanətkarlar gec-tez öz layiqli cəzalarını alacaqlar!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə