"Bu amil ermənilər üçün revanşizm ideyalarına tutarlı zərbədir" POLİTOLOQ RƏYİ

“Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi siyasi əhəmiyyət kəsb edir. Şuşa Azərbaycanın qələbəsinin simvoludur və oradan verilən mesajlar birbaşa Ermənistan və onun havadalarına ciddi mesajdır”. Bunu SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Prezidentin bu mesajları, dəmir yumruğu xatırlatması ermənilər üçün revanşizm ideyalarına tutarlı zərbədir: “Şuşadan verilən mesajlarla ermənilərin uzun illər yaratdıqları qalib mifi məhv oldu. Şuşa səfəri ermənilərin məğubiyyət və işğalçılıq siyasətinə vurulan tarixi zərbədir. Məhz cənab İlham Əliyevin ermənilərin vandalizmi haqqında dedikləri, Şuşada dini və mədəni abidələrimizin məhv edilməsi, bu dağıdılmış yerlərdən çıxışı dünyaya erməni vəhşiliyinin, müharibə cinayətlərinin əyani göstəricisidir. Göründüyü kimi bu səfər və buradan verilən mesajlar Ermənistanda dərin siyasi-mənəvi çatlara gətirib çıxardı. Dünyada ermənilər tərəfindən formalaşmış mədəni erməni kimliyinin nə qədər faşizmə bərabər olduğu Şuşadan verilən mesajlarla və dağıntıların görüntüləri ilə faş oldu. Ona görə də bu səfər xüsusi əhəmiyyət kəsb etdi və Azərbaycan xalqının qələbəsinin möhtəşəm kuliminasiyasıdır”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə