Bu şəxs Angela Merkeli əvəz edəcək

Armin Laşetin Almaniyanın hakim Xristian-Demokratik İttifaqı (XDİ) partiyasına sədr seçilməsi doğru seçim oldu. SİA "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, bu sözləri XDİ partiyasının üzvü və Bundestaqın keçmiş millət vəkili Henrik Tsertik deyib. Xatırladaq ki, Angela Merkelin partiyasının sədri postuna keçirilən seçkilərin ikinci turunda Armin Laşet hakim Xristian-Demokratik İttifaqı partiyasının sədri seçilib. İndi A. Laşet Bundestaqa keçirilən seçkilərdə XDİ-dən kansler postuna namizəd ola bilər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə