“Ermənilər itin qovulduğu kimi Qarabağdan qovula bilərlər” MÜSAHİBƏ

Müsahibimiz politoloq Qabil Hüseynlidir

- Qabil bəy, Ermənistanın baş nazirinin köməkçisi əsgər anaları ilə görüşündə bəyan edib ki, 30 ildir ki, "Ermənistan xalqı bilirdi ki, Qarabağ Azərbaycan torpağıdır". Bunu Ermənistan hakimiyyəti tərəfindən həqiqətin etirafı kimi qiymətləndirmək olar?

- Ermənistan baş nazirinin köməkçisinin Qarabağ Azərbaycan torpağıdır deməsi həqiqətin etirafıdır. Ümumiyyətlə, ermənilərin hamısı çox gözəl başa düşürlər ki, nəyin ki, Dağlıq Qarabağ hətta, ermənilərin yaşadıqları ərazilər belə onların deyil. Onlar bu bölgəyə gəlmədilər. Yalnız bir necə başı xarab olmuş, xəstə təxəyyüllü, uydurma erməni tarixinin təsiri altında nələrsə uydururlar. Amma, onlar reallıqda çox yaxşı bilirlər ki, Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Onu da bilirlər ki, Şuşanın, Xankəndinin bünövrəsini Qarabağ xanı Pənahəli xan qoyubdur və onlar özlərinin İran ərazisindən gəldiklərini də çox gözəl bilirlər. Yəni Dağlıq Qarabağa gələn ermənilərin böyük əksəriyyəti İrandan gəliblər.

- Amma elə erməni terrorçuları var ki, hələ də revanş hissi ilə yaşayırlar.

- Düzdür, elə başdan xarab ermənilər var. Amma az-çox ağlı olan, son reallıqları başa düşən, revanşist hissələrlə yaşamayan, millətçilik azarına tutulmamış, xəstə təxəyyülün əsri olan ermənilər başa düşünürlər ki, bura Azərbaycan torpağıdır və Şuşa tamamilə Qarabağ xanlığının mərkəzi şəhəri idi. Bəli, ermənilər ciddi cəza aldıqda reallıqları etiraf edirlər. Ümumiyyətlə, onlar səmimi xalq, toplum deyil, içərilərində dərin kök salmış radikal millətçilik azarı var, müsəlmanları heç sevmirlər, türklərə nifrət edilər və bu nifrət böyükdən kiçiyə keçir. Yəni ermənilər öz uşaqlarını körpə vaxtından bu ruhda tərbiyə edirlər. Mən inanmıram ki, dünyada ikinci bu cür mentalitetə malik olan toplum olsun və bu toplumun bu qədər mənfi xüsusiyyətləri olsun. Ona görə də, "biz bi yerdə yaşaya bilərik və ya bilmərik" sualına cavab verəndə bəli, bizim nəzarətimiz altında yaşayacaqlarsa "hə", əks halda itin qovulduğu kimi qovulacaqlar.

- Yenidən xarici təsirlər olarsa, ermənilər arasında növbəti separatizm baş qaldıra bilərmi?

- Bəli bu mümkündür. Xaricdən kimlərsə onlara təsir edə, silah-sursatla təchiz edərsə, yenidən separatizm baş qaldıra bilər. 1988-ci ildə onlar kim idi, qışqırdıb, Azərbaycanın üzərinə göndərən? Təkcə Zori Balayanmı, Kaputipyanmı, yox, onları həmçinin qışqırdan Moskva, Qarboçov oldu. Stariyan deyilən bir "idiyot" var idi, SSRİ Plan Komitəsi sədrinin 1-ci müavini idi, erməniləri bunlar qaldırdılar. Ancaq baş qaldırsalar bu dəfə Azərbaycanın dəmir yumruğu, Azərbaycan ordusunun sərt cəza tədbirləri onları tamamilə məhv edəcək. Hətta Ermənistan öz mövcudluğunu itirə bilər. Vətən müharibəsi göstərdi ki, millətimiz çox qoçaq millətdir və pələng kimi vuruşmağı bacarır. Millətimizə ictimai yaddaş aşılamalıyıq. Televiziyalar, qəzetlər bu tarixi həqiqətləri dönə-dönə əhalinin hər bir üzvünün yaddaşına çatdırmalıdır. Yəni vətənpərvərlik mövzusunda, xalqın tarixinə aid yazılar, verilişlər hazırlayıb, verməlidirlər. Ermənilərin bu bölgəyə köçüb necə gəldiklərinin tarixi faktlar əsasında ziyalıları köməyi ilə bir-bir xalqın yaddaşına həkk edilməlidir.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə