Ermənistanın qazı və elektriki kəsilir Bütün ərazilərdə!

Ermənistanın qazı və elektriki kəsilir Bütün ərazilərdə!

Sabah bütün Ermənistan ərazisində qaz təminatı dayandırılacaq. SİA xəbər verir ki, bu haqda ArmVoice teleqram kanalı yazır. Bildirilir ki, baş nazir Nikol Paşinyan “Qazprom Armeniya”ya respublika ərazisində qazın istifadəsinə məhdudiyyət qoyulması ilə bağlı çağırış edib.

“Qaz təminatının məhdudlaşdırılması vacibliyi şəbəkədəki böhranlı vəziyyətlə bağlıdır ki, bunun da səbəbi qaz təminatında son 3 ildə investisiyaların olmamasıdır”, deyə qeyd edən erməni seqmenti digər səbəb kimi Nikol Paşinyanın birbaşa göstərişi ilə “Qazprom Armeniya”ya qarşı açılmış cinayət işini göstərib.

“Bu mənada, sabah respublikanın bütün ərazisində qaz təminatı və elektrik enerjisinin verilməsi bir günlük müddətə dayandırılacaq”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə