Vladimir Putin Qarabağla bağlı üçtərəfli işçi qrupunun vəzifələrini sadalayıb. Putin deyib ki, Dağlıq Qarabağdakı iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə Rusiya Federasiyası, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupu məşğul olacaq. SİA xəbər verir ki, bu barədə Rusiyaya məxsus RİA Novosti Agentliyi məlumat yayıb.
"Bölgədəki iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin blokdan çıxarılması, sərhədlərin açılması vəzifəsinə xüsusi diqqətə layiqdir. Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin rəhbərlik etdiyi xüsusi üçtərəfli işçi qrupunun bu məsələlərlə məşğul olacağı güman edilir", deyə Putin Azərbaycan Prezidenti İlham Əliyevlə və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə bildirib.
Məlumatda həmçinin bölgədəki münaqişə barədə xatırladılır və qeyd olunur ki, Qarabağdakı münaqişə 1988-ci ildə başlayıb və 1992-1994-cü illərdəki silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona bitişik yeddi bölgə üzərində nəzarəti itirib. Həmçinin diqqətə çatdırılır ki, 1992-ci ildən bəri, üç həmsədrin - Rusiya, ABŞ və Fransanın rəhbərlik etdiyi ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin sülh yolu ilə həllinə dair danışıqlar aparılıb və Azərbaycan ərazi bütövlüyünü qorumaqda israrlıdır.
Rusiyaya məxsus mətbu orqan həmçinin nəzərə çatdırır ki, keçən ilin sentyabr ayının sonunda Dağlıq Qarabağda yenidən uzun müddət davam edən qarşıdurmanın davamına çevrilən və itkilərə səbəb olan döyüşlər yenidən başlayıb, tərəflər atəşkəs bağlamaq üçün bir neçə dəfə cəhd ediblər, lakin 10 noyabr tarixində əldə edilən üçtərəfli razılaşmanın müvəffəqiyyətli olduğu ortaya çıxıb. Xatırladılır ki, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan atəşin tamamilə dayandırılması, əsirlərin və ölülərin cəsədlərinin mübadiləsi barədə razılığa gəliblər, İrəvan Kəlbəcər, Laçın və Ağdam rayonlarını da Azərbaycana təhvil verib. Bundan əlavə, bölgədə rus sülhməramlıları da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB