Deputatlar hakim partiyanı tərk edirlər Ermənistanda

Deputatlar hakim partiyanı tərk edirlər Ermənistanda

Ermənistan Parlamentinin deputatı Sofiya Hovsepyan iqtidaryönlü "Mənim addımım" partiyasını tərk edərək ayrılıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Hovsepyan özünün Facebook səhifəsində yazıb.

"Əziz həmvətənlər, "Mənim addımım" partiyasını tərk etməyə, ayrılmağa qərar verdim və bundan sonra müstəqil millət vəkili kimi çalışacağam. Qərar mənim tərəfimdən çox düşünüldükdən, müzakirə edildikdən sonra verilib", deyə Hovsepyan öz sosial şəbəkə hesabında yazıb.
Parlament üzvünün sözlərinə görə, öz missiyasını dayandırmayacaq, hadisələrə laqeyd yanaşmayacaq, əksinə əvvəlki kimi səylə çalışmağa davam edəcək.
Qeyd edək ki, Ermənistanın Milli Məclisinə seçilməzdən əvvəl Hovsepyan Ermənistanın Şirak bölgəsinin qubernator müavini vəzifəsini tutmuşdu.
Xatırladaq ki, son aylarda Aram Xaçatryan, Arqişti Mehakyan, Yerjanik Hakobyan, Vardan Atabekyan, Qayane Abrahamyan, Taquhi Tovmasyan, Lusine Badalyan, Varazdat Karapetyan, Qor Qevorgyan, Anna Qriqoryan da daxil olmaqla bir neçə deputat "Mənim addımım" partiyasını tərk edərək, bu partiyadan ayrılıb və onlar qərarlarını səlahiyyətlilərin siyasəti ilə razılaşmamaqla izah edirlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə