Ermənistan prezidenti cinsi azlıq nümayəndəsi ilə mövlud bayramı keçirəcək "Dejavyu"

Ermənistan prezidenti cinsi azlıq nümayəndəsi ilə mövlud bayramı keçirəcək "Dejavyu"

Ermənistanın prezidenti Armen Sarkisyan xristianların İsa Məsihin mövludu günü ilə bağlı keçirəcəkləri bayramla bağlı Livana uçub. SİA xəbər verir ki, bu haqda “Dejavyu” telegram kanalında bildirilir.

“Prezident varlı britaniyalı iş adamı Vaşe Manukyanın şəxsi təyyarəsində ölkəni tərk edib. Sarkisyan bayramı Vaçe Manukyanın Livanın məşhur Fakra turistik bölgəsində yerləşən villasında keçirəcək”, deyə qeyd edilən xəbərdə bildirilir ki, mövlud bayramını onlarla bir yerdə Elton Con da keçirmək niyyətindədir: “Məşhur müğənni Elton Con da onlarla öz istirahətini keçirəcək. Ermənistan prezidentinin Elton Conun əhatə dairəsində mövlud bayramı ilə bağlı Livana getməsi xəbəri ictimaiyyətdən ciddi şəkildə qorunur və sirr saxlanılır”, “Dejavyu” yazır.

Xatırladaq ki, Elton Con LGBT üzvüdür və Britaniyanın cinsi azlıqların hüquqlarının müdafiəsi ilə bağlı fəaliyyət göstərən təşkilatlarla sıx əməkdaşlıq edir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə