Ermənistan Hökuməti binası qarşısında etiraz aksiyası keçirilir. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün, 5 yanvar tarixində keçirilən aksiya itkin düşmüş hərbçilərin valideynləri tərəfindən təşkil edilib.
Xatırladılır ki, uzun müddətdir itkin düşən hərbçilərin qohumları müxtəlif hökumət binaları yaxınlığında etiraz aksiyaları keçirirlər. Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın onları vaxtaşırı qəbul etdiyi, lakin onun qeyri-müəyyən cavablarının etirazçıları qane etmədiyi qeyd olunur.
Diqqətə çatdırılır ki, itgin düşənlərin valideyinləri Rusiya Prezidenti Vladimir Putinə oğullarını tapmaq istəyi ilə bir məktub da göndəriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB