Andranik Tevanyan: "Nikol elə bir siyasi ortamda böyüyüb ki..." İTTİHAM

Andranik Tevanyan: "Nikol elə bir siyasi ortamda böyüyüb ki..." İTTİHAM

“Ermənistanın “Politekonomiya” arşdırmalar institunun rəhbəri, siyasi təhlilçi Andranik Tevanyan özünün “Facebook” səhifəsində “Nikolun və Ermənistanın final iyunu nə ilə başa çatacaq?” sərlöhvəli yazı ilə çıxış edib. SİA xəbər verir ki, sözügedən yazıda ölkədə yaşanan mövcud problemlər, hakimiyyət-müxalifət qarşıdurmaları, xalq narazılığı ətrafında şərh verən Tevanyan əsasən yazıb: “Nikolun mübarizəsi müxalifətlə, komanda yoldaşları ilə, xalqla deyil, Nikolun mübarizəsi “Artsaxla” (Qarabağla) və Ermənistanla olub. O, “Artsaxdan” qisas alırdı. Nikol elə bir siyasi ortamda böyüyüb ki, orada anti-Qarabağ əhval-ruhiyyəsi dəbdə idi, Qarabağın təsilm edilməsi isə siyasi düşüncənin ən uca nöqtəsi idi”.

“Nikol “Artsaxa” müharibə gətirdi və onu satdı (xəyanət və ya axmaqlıq, yaxud bu və ya digəri səbəbləri bilinəcək). Gördüyünüz kimi, kapitulyasiyadan sonrakı həyat bala çevrilmədi (əksinə, problemlər hələ qabaqdadır və Nikol uzaqlaşdırılmayana, yeni milli hökumət formalaşdırılmayana qədər onlar dərinləşməyə davam edəcəklər)”, deyə siyas təhlilçi yazıb.

O, yazısında davam edib: “İndi Nikol Ermənistandan qorxur. O, bilir ki, mühakimə edəcək. O, bilir ki, mühakimə edən subyekt Ermənistan respublikası olacaq. O, bilir ki, onun baş nazirliyinin hər günü Ermənistan republikasının sonunu yaxınlaşdırır. O, bilir və ona görə də kürsüsündə qalır ki, subyekt və mühakimə edən yox olsun”.

“Dava çox taleyöklüdür. Bu son oyundur. Ya Nikol Ermənistanı məhv edir, ya da biz ölkəni nikolizm təsirindən xilas edirik”, deyə Andranik Tevanyan yazıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə