Separatçıların əski parçalarının Rusiya MN-nin rəsmi saytında nə işi var? ANALİTİK
Ermənistan MN-nin “Artsax müdafiə ordusu” barədə dəm vurması anlaşılan deyil!
Ermənistan müdafiə nazirliyi hələ də Qarabağda erməni əsgərlərinin olduğunu deyir, lakin həmin əsgərlərin Ermənistan MN-nin deyil, “Artsax müdafiə ordusu” olduğunu bildirir. Belə ki, bütün bunların növbəti erməni təxribatının nəticəsi olaraq qiymətləndirmək olar. Daha dəqiq desək, düşmən hər vasitə ilə bölgədə müharibənin yenidən alovlanmasına gah diversiya vasitələri, gah da digər yollarla təzələməyə çalışır. Söz yox ki, Ermənistanın ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətə uğraması düşmən ölkəni rahat buraxmır və hər vəchlə qalib Azərbaycanı özünün təxribatlarına tərəf çəkməyə çalışır. Halbuki, erməni tərəfi yaxşı bilir ki, əgər növbəti cəhdlər baş verərsə, bu dəfə tamamilə məhv ediləcəklər və bütün bunların məsuliyyəti öz üzərlərinə düşəcək.
Bəyannamənin 4-cü bəndində nə deyilir?
Lakin onu da nəzərə alarsaq ki, üçtərəfli bəyannamənin şərtləri sırasında 4-cü bənd mövcuddur və həmin bənddə açıq-aydın bildirilir ki, Qarabağda bir nəfər də olsun erməni silahlısı qalmamalıdır, bu zaman düşmən təxribatının hələ də qüvvədə qaldığını etiraf etmək mümkündür. Halbuki bəyannamədəki sözügedən bənddə vurğulanıb: “Rusiya Sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel yerləşdirilir”. Bu qədər bəsit və belə bir bəsit reallıqdan sonra Ermənistan MN-nin “Artsax müdafiə ordusu” barədə dəm vurması anlaşılan deyil. Anlaşılan deyil ki, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilən Araik Arutunyan vəzifə təyinatlarını hansı hüquqa əsasən həyata keçirir? Ya da Balasanyan “Azərbaycanın nəzarəti altına keçmiş Artsaxı qaytaracağıq” kimi həyasız və hiddətdoğurucu bəyanatına nə deyək?
Azərbaycan Ordusu bütün Qarabağ ərazisində, eləcə də Xankəndində anti-terror əməliyyatlarına başlaya bilər
Yaxud, silahlı erməni yaraqlılarının diversiya əməliyyatları və onların Rusiya Sülhməramlı kontingentinin nəzarətindəki ərazilərimizdəki bazalarından işğaldan azad edilmiş ərazilərimizə müxtəlif yollarla sızmaları bu anlaşmanın bilavasitə pozulması mənasını daşımaqdadır. Məhz bu gerçəklikdən və hüquqdan istifadə etməklə Azərbaycan Ordusu bütün Qarabağ ərazisində, eləcə də Xankəndidə anti-terror əməliyyatlarına başlaya bilər, çünki Qarabağ Azərbaycandır və bunu bütün dünya 44 günlük müharibədə bir daha gördü, təsdiq etdi!
Belə olan halda sual yaranır ki, Ermənistan MN “Arsax müdafiə ordusu” deyərkən nəyi nəzərdə tutur? Ermənistan bəyannaməni pozduğunun fərqinə varmırmı? Hansı səbəbə görə Rusiya sülhmərlamlılıq məsuliyyəti daşıdığı bölgədə erməni silahlılarının birdəfəlik yığışdırılması prosesinə başlamır? Yaxud məsələ Xankəndi şəhər İcra Hakimiyyətinin üzərindəki əski parçasını endirməklə bitirmi? Əlbəttə ki, bitmir. Çünki hazırda həmin ərazilərdə qeyri-rəsmi məlumatlara görə təxminən 3200 (!) qanunsuz erməni silahlıları qalmaqda davam edirlər, üstəlik, meşə zolaqlarında da ayrı-ayrı dəstələr diversiya törətmək üçün əmr gözləyirlər!
Bu da son deyil. Rusiya Sülhməramlılarının Xankəndidə orta məktəblərdə erməni uşaqlarına hər hansı təlimlər keçərkən Rusiya Federasiyasının bayrağı ilə separatçıların üçrəngli əski parçalarının yanaşı dayanması, üstəlik, həmin fotonun Rusiya MN-nin rəsmi saytında nə işi var? Nəyə görə bu barədə rəsmi izahat tələb olunmur?
Ümid edək və inanaq ki, daha əvvəllər də verdiyimiz suallarla yanaşı, bu sualların da cavablarını alacağıq. Çünki haqq və ədalət bizim tərəfimizdədir və biz qalib ölkəyik!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB