"Tofiq Yaqublu Əlikram Hümbətov kimi satqınların sukalığını da eləmək istəyir" Təhmasib Novruzov
"Mənim tanıdığım və savadına, dönyagörüşünə yaxşı bələd olduğum Tofiq Yaqublunun Azərbaycan ordusunun tarixi zəfəri ilə bağlı səsləndirdiyi sərsəm fikirlər heç də gözlənilməz olmadı. Cəmiyyətdə elə adamlar və ya adamabənzərlər var ki, onlar zaman-zaman səsləndirdikləri fikirlərlə özünün portret-cizgilərini formalaşdırır. Tofiq də belələrindəndir". Bunu "Səs" qəzetinə açıqlamasında "Azadlıq" hərəkatçılar birliyinin sədri Təhmasib Novruzov deyib.
Onun sözlərinə görə, T.Yaqublu gah Cəmil Həsənliyə, gah Əli Kərimliyə yarınmaq məqsədilə onlara xoş gələn fikirlər səsləndirməkdən zövq alır: "İndiki halda, Qarabağdakı qələbəmizə kölgə salmağa xidmət edən fikirləri onu deməyə əsas verir ki, Tofiq Yaqublu həm də Əlikram Hümbətov kimi satqınların sukalığını da eləmək istəyir. Çünki ordumuzun qəhramanlığından bu gün bütün dünya heyranlıqla danışdığı, ABŞ-ın generalları, NATO-nun aparıcı hərbi mütəxəssisləri bizim orduda çox şeylər öyrəndiklərini dilə gətirdiyi halda, məhz ermənilər və ona züy tutan içimizdəkilər hər vəchlə onu nüfuzdan salmağa, qələbəmizi gözdən salmağa can atırlar. Təbii ki, bütün bunlar əbəsdi və heç bir əhəmiyyəti ola bilməz. Çünki təkcə ölkəmizdə deyil, dünyanın hər yerində yaşayan əlli milyonluq Azərbaycan türkü və bizə dost, qardaş münasibəti bəsləyən yüz milyonlarla insan ordumuzun və Ali Baş Komandanın müzəffərliyindən, onun heç kimin köməyinə bel bağlamadan torpaqlarını işğaldan azad etməsindən danışırsa, tofiqlərin danışığı cırcırama vızıltısından başqa bir şey deyil. Nə qədər şərəfini, ləyaqətini itirəsən ki, öz millətinin ordusunun qazandığı belə möhtəşəm uğuru başqalarının, hətta yüz illər boyu düşmən erməniyə dayaq olan rusiyanın adı ilə bağlayasan. Məncə belələrinin sözlərini milçək vızıltısı hesab etmək və bir əlinlə tutub əzmək lazımdı, vəssalam. Çünki əsgərimizə və onun fateh komandanına gərəksiz laf söyləməyə heç kimin haqqı yoxdur, o cümlədən Əli Kərimlinin, Cəmil Həsnlinin, Əlikram Hünbətovun tulalarının!".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB