“Ümuniyyətlə, qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsinin gəlirləri 23 milyard 828 milyon manat təşkil etmiş, 2021-ci ilin dövlət büdcəsinin xərcləri isə 31 milyard manatdan çoxdur ki, bu da əvvəlki illərlə müqaisədə orta hesabla 28 milyon manat çoxluq təşkil edir. Belə deyək ki, dövlət büdcəsinin gəlirlərində vergi daxilolmaları, o cümlədən gömrük daxilolmaları və həmçinin də dövlət neft fondundan transferlər əhəmiyyətli rol oynayır. 2021-ci ilin dövlət büdcəsinin gəlirlərində və formalaşmasında dövlət neft fondundan 12 milyard manatdan çox vəsait daxil olur ki, bu da orta hesabla büdcə gəlirlərinin 45-50 faizi deməkdir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev gələn ilin, 2021-ci ilin büdcə layihələrini şərh edərkən deyib.
Birliyin sədrinin sözlərinə görə, dövlət büdcəsinin xərclərinə biz baxanda görürük ki, ümumiyyətlə, Azərbaycanda formalaşmış ənənəvi sosial ayırmalar da özünü döğrultmaqdadır və 2021-ci ildə də bu davam etməkdədir.
“Belə qeyd edək ki, 2021-ci ildə dövlət büdcəsindən sosial infrastrukturun qurulması məsələsi, xüsusən, sosial ayırmalar əhəmiyyət kəsb edəcəkdir. Beləki, dövlət büdcəsində əhalinin həssas qruplarına, xüsusən də 18 yaşına çatmamış əlillərə dəstək, o cümlədən 18 yaşından yuxarı iş qabiliyyətini itirmiş əlil olan şəxslərə dəstək, yaşlı insanlara dəstək, şəhid ailələrinə dəstək kimi layihələr öz əksini tapacaqdır. Həmçinin də qeyd edək ki, 2021-ci ilin dövlət büdcəsini 2020-ci ildən fərqləndirən, xüsusən də onu əvvəlki illərdən fərqləndirən iki meyar öz əksini tapmaqdadır. Bunlardan biri azad olunmuş ərazilərimizin bərpası ilə bağlı, infrastrukturun qurulması ilə əlaqədar, yeni layihələrin icrası ilə bağlı olan xərclərin böyük əhəmiyyət kəsb etməsidir. İkincisi isə, koronavirus pandemiyasının davam etməsi ilə əlaqədar olaraq bir sıra sərtləşdirilmiş rejimlər çərçivəsində həm əhalinin tibbi baxımdan müdafiəsi, o cümlədən də sosial müdafiəsi məsələləri büdcədə öz əksini tapmışdır.
Ümumiyyətlə, dövlət büdcəsində bir sıra təhsil layihələrinin icra olunması məsələsi də, burada, xüsusən yeni məktəb binalarının tikilməsi, mövcud binaların bir hissəsinin təmir olunması məsələsi də öz əksini tapır. Səhiyyə sahəsində islahatların davam etdirilməsi, bu sahədə, xüsusən də dövlət səhiyyə ocaqlarının texniki baxımdan möhkəmlənməsi də öz əksini tapıb. Bununla yanaşı olaraq da dövlət büdcəsində növbəti ildə ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi məsələlərinə aid xərclər də öz əksini tapır”, deyə Ruslan Atakişiyev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB