Birləşmiş Ermənistan müxalifətinin keçid hökuməti üçün seçdiyi vahiz namizədi Vazgen Manukyanın sözlərinə görə, Nikol Paşinyan Qarabağla bağlı danışa bilməz. SİA azatyutyun.am-a istinadən xəbər verir ki, bunu “Hrayr Tamrazyanla” analitik verlişində çıxış edən Manukyanın deyib: “Kim olursa olsun, danışıqları üzərində "məğlub edilmiş lider" damğası daşıyan şəxs apara bilməz”.
“Mənim vəziyyətimdə hansısa üstünlüklər var, belə ki, mən 1992-1993-cü illərdə orduya rəhbərlik edirdim”, deyə xatırladan Manukyan özünü “qalib” kimi təqdim edərək, bunun psixoloji üstünlük olduğunu bildirib.
Ermənistanın baş nazirliyinə iddialı olan Manukyan üçtərəfli bəyanat barədə danışarkən, onun sənədləşdirilməsi məsələsinə toxunaraq onu da iddia edib ki, hələ açıq suallar var və onlar interpretasiyalardan və s. vəziyyətlərdən asılıdır.
“Vacib deyil ki, sənin opponentin səndən çəkinsin, ancaq o sizinlə hesablaşa bilər. Ermənistanın uduzması məsələsinə gəlincə, bəli, məğlubiyyətin əsas məsuliyyəti Nikol Paşinyanın üzərindədir”, Manukyan bildirib.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB