Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə İndoneziyaya səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov SİA-ya açıqlamasında bildirib ki, səfərdə məqsəd mayın 25-27-də Balidə keçiriləcək Neytrallar Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında iştirak etməkdir. İclasda nazirlər aktual dünya məsələlərini, o cümlədən iqlim dəyişiklikləri, pandemiya, ərzaq təhlükəsizliyi, Yaxın Şərqdə vəziyyət kimi məsələləri müzakirə edəcəklər.
Azərbaycan həmçinin Neytrallar Hərəkatına da qoşulacaq, bununla da hərəkat üzvü olan ölkələrin sayı 120-yə çatacaq. Xatırladaq ki, Neytrallar Hərəkatı özündə hərbi-siyasi bloklarda iştirak etməməyi əsas xarici siyasi kurs elan edən ölkələri birləşdirir. Bu hərəkat 1961-ci il Belqrad konfransında 25 ölkə tərəfindən təsis olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB