YAP Şabran rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Konfransda YAP Şabran rayon təşkilatının sədri Mehdi Balabəyov
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Mehdi Balabəyov Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qorunması və möhkəmlənməsində, Azərbaycanın sosial-iqtisadi inkişafında, eləcə də, hüquqi dövlət quruculuğu sahəsində misilsiz xidmətlərinin olduğunu bildirmiş və qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Videokonfransda çıxış edənlər Ulu Öndərimizin xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB