Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib

Vüqar Gülməmmədov yenidən Hesablama Palatasının sədri seçilib

Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Hesablama Palatasının sədrinin təyin edilməsi məsələsi müzakirəyə çıxarılıb.

SİA xəbər verir ki, Hesablama Palatası sədrliyi vəzifəsinə əvvəlki sədr Vüqar Gülməmmədovun namizədliyi irəli sürülüb.

Müzakirələrdən sonra Vüqar Gülməmmədovun namizədliyi təsdiq edilib.

Vüqar Gülməmmədov ona yenidən etimad göstərilməsinə görə deputatlara təşəkkürünü bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə