Andranik Koçaryan: “Qonşularla dialoqa getməsək, müharibəyə məhkumuq” ETİRAF

Andranik Koçaryan: “Qonşularla dialoqa getməsək, müharibəyə məhkumuq” ETİRAF

“Qonşularla problemləri həll etmək məqsədi ilə dialoqa getmək və gərginliyin qarşısını almaq üçün onlarla diplomatik əlaqələr qurmaq çox mühümdür”. SİA xəbər verir ki, bunu Ermənistanın ictmai televiziyasına müsahibəsində ölkə parlamentinin müdafiə və təhlükəsizlik daimi komissiyasının üzvü, hakimiyyətyönlü “Mənim addımım” fraksiyasının deputatı Andranik Koçaryan deyib.

“Türkiyə ilə münasibətlərə sahib olmaq üçün biz gərə düşünək, çünki bu ölkə regionun nəhəng oyunçularından biridir. Mən demirəm ki, bu sabah olacaq, riskləri qiymətləndirmək lazımdır. Bu prosesin sonunda qonşularla münasibətlər tənzimlənməlidir. Əgər bu baş verməzsə biz nəticələri təsəvvüredilməz müharibəyə məhkumuq”, Koçaryan etiraf edib.

Onun sözlərinə görə, dövlətlər hərb edir, hansısa qalib gəlir, hansıısa məğlub olur, lakin bu o demək deyil ki, daimi müharibə vəziyyətində yaşamalısan.

“Müharibəni uzaqlaşdırmaq üçün ən yaxşısı münasibətlər qurmaq və dialoq seçimidir. Bizdə uzun müddət dialoq olmayıb. 90-cı illərdə Türkiyə ilə hər hansı münasibətlər var idi”, deyən Koçaryan onu da xatırldaım ki, Türkiyə Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir.

O, həmçinin bəyan edib ki, Azərbaycanla münasibətləri müxtəlif səviyyələrdə qurmaq, sülh haqqında danışmaq lazımdır.

Xatırladaq ki, bu yaxınlarda Andranik Koçaryan Azərbaycanla diplomatik münasibətlərin qurulması vacibliyindən də danışmışdı.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə