"İtaliya Azərbaycana dost ölkədir. Vətən müharibəsindəki qələbəmizdən sonra ilk olaraq İtaliyan parlamentarilərin Azərbaycana gəlməsi ölkələrimiz arasındakı möhkəm dostluğun ifadəsi hesab edirəm. İtaliya deputatları erməni vandalizmin qurbanı olmuş ərazilərimizə səfər etmiş, öz düşüncələrini mətbuatla bölüşmüş və düşünürəm ki, geri qayıtdıqdan sonra İtaliya Senatında da müzakirə olunacaqdır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycanın İtaliya ilə siyasi-iqtisadi əlaqələri, həm də başqa sahələrdə uğurla inkişaf edir: "Keçən il ölkələrimiz arası ticarət dövriyyəmiz 6 milyard dollar olub. İtaliya Avropa bazarında qeyri-neft məhsullarımızın çıxarılmasına açılan qapımız hesab edirəm. Yaxın günlərdə TAP layihəsinin də açılışı gözlənilir. TAP layihəsi iqtisadi əlaqələrimizi daha da möhkəmləndirəcək".
Deputat bildirib ki, humanitar sahədə əməkdaşlığın təməlləri qoyulur: "Azərbaycanda İtaliya Universiteti yaradılacaq. Universitetdə bu gün üçün aktual ixtisaslar üzrə mütəxəsislər yetişdiriləcək. O cümlədən, memarlıq fakültəsi açılacaq ki, bu fakültədə məşhur İtaliya memarlığını öyrənən memarlar yetişdiriləcək".
A.Badamov vurğulayıb ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə böyük quruculuq abadlıq işlərinə start verib: "Erməni vandallığına məruz qalmış ərazilərimizin dirçəldilməsində dost ölkələrin şirkətlərini dəvət etmişik. O cümlədən İtaliya şirkətləri də işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-abadlıq işlərində yaxından iştirak edəcəklər. Azad olunmuş ərazilərimiz yeraltı və yerüstü sərvətləri ilə zəngindir. Gələcəkdə İtaliya şirkətləri həmin ərazilərdə yeni istehsal sahələrin açılışnda yaxından iştirak edə bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB