“Qələbə paradı orudumuzun əzəmətini bütün dünyaya göstərəcək” ÖZƏL-MÜNASİBƏT
“Azərbaycan ikinci Qarabağ savaşında möhtəşəm qələbə qazanıb. Nəhayət ki, işğal altında olan torpaqlarımız öz azadlığına qovuşub, ərazi bütövlüyümüz təmin olunub və bu qələbənin əsas memarı Cənab Prezident, Ali Baş Komandan İlham Əliyev və qəhrəman ordumuzdur”. Bunu SİA-ya açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev deyib. Onun sözlərinə görə, indi bu böyük hadisənin nəticəvi hissəsini əks etdirəcək, 10 noyabr Qələbə paradına hazırlaşırıq: “10 noyabr paradı bizim qəhrəman orudumuzun əzəmətini bir daha bütün dünyaya göstərəcək. Ən əsası: biz bu paradı çox şükürlər olsun ki, qalib kimi keçirəcəyik. Zəfərimizi qeyd edəcəyik. İllərdir gözlədiyimiz ana nəhayət şahidlik edəcəyik”.
E.Musayev onu da bildirdi ki. Ali Baş Komandan bundan öncəki paradda da, bütün çıxışlarında da bəyan etmişdi ki, Azərbaycanın ərazi bütövlüyü mütləq bərpa olunacaq, erməni işğalçılar Azərbaycanın əzəli torpaqlarından qovulacaq: “Dediyi kimi də oldu. Prezident İlham Əliyev bizi qələbəyə doğru apardı. Öz məqsədyönlü, düşünülmüş, uğurlu siyasəti ilə. Öz bacarığı ilə. Öz qətiyyəti ilə. Eşq olsun Ali Baş Komandana. Eşq olsun Azərbaycan ordusuna. Qələbə Azərbaycan xalqının haqqı idi və bu haqqına da qovuşdu. Qələbə Paradı möhtəşəm olacaq. O paradda iştirak etmək üçün indidən səbrsizlənirəm, Şükürlər olsun bu günə”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB