ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncədə səfərdə olub - FOTO

ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncədə səfərdə olub - FOTO

ATƏT-in Bakı Ofisinin rəhbəri Əli Bilgə Cankorel Gəncə şəhərinə səfər edib. ƏliBilgə Cankorel səfərinə İcra Hakimiyyəti rəsmiləri ilə görüşdən başlayıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, ATƏT-in Bakı Ofisinin rəhbərini şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüş zamanı ATƏT rəsmisi təmsil etdiyi qurumun Gəncə başda olmaqla Azərbaycanın bölgələrində, xüsusilə iri şəhərlərində müəyyən layihələr həyata keçirdiyini diqqətə çatdırıb.

Səfərin məqsədlərindən biri də aparılan işləri yaxından müşahidə etməkdir. Yeni təkliflərin də müzakirə olunduğu görüş zamanı bir sıra tədbirlərin həyata keçirilməsi ilə bağlı ilkin razılıq əldə olunub.

ATƏT rəsmisi, həmçinin əlavə edib ki, artıq onun Azərbaycanda missiyası yekunlaşır, bölgələri ziyarət də bir növ vida görüşüdür.

Günün ikinci yarısında isə ATƏT-in Bakı Ofisinin rəhbəri Gəncə şəhər Polis İdarəsində olub.

Burada söhbət zamanı diplomat bildirib ki, polislə vətəndaşlar arasında yalnız isti və sıx münasibət olmalıdır: "Vətəndaşla polisin arasında bir növ körpünün yaranması vacibdir. Xalq öz polisinə inanmalı və hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə çalışmalıdır".

Bununla da ATƏT-in Bakı Ofisinin rəhbərinin Gəncəyə səfəri başa çatıb.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə