Ermənistan hakimiyyəti "qatardan tullanmaq" ərəfəsindədir "Hraparak" qəzeti yazır

Ermənistan hakimiyyətinin səlahiyyətliləri lazımi anda tutduqları postları tərk etməyə, bir növ "qatardan tullanmağa" hazırlaşırlar. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, Nikol Paşinyan nə qədər iş gördüyünü göstərmək, işgüzar kimi özünü təqlid etmək, imitasiya etmək istəyirsə, məsləhətləşmələr apardığını nümayiş etdirirsə, press-relizlər yayırsa da, tez bir zamanda meydanı tərk edəcəyini anlayır.

"Bütün çabalarının fonunda erməni baş nazir özü də başda olmaqla, hakimiyyətin müxtəlif səviyyələrində çoxları "qatarlarının getdiyini" anlayır və onlar artıq lazımi anda "qatardan tullanmağa" hazır olmalı olduqlarını başa düşürlər. Bəziləri ölkəni tərk etməyi düşünür və artıq Gürcüstan hakimiyyəti ilə sərhədi keçmək barədə danışıqlar da aparırlar. Digərləri gizli şəkildə vəzifədən ayrılmağı arzu edir, amma Paşinyanın yenə də qisas almağı sifariş edə biləcəyindən qorxurlar. Yalnız kiçik bir dövlət məmuru qrupu var ki, onlar qaçacaq bir yerlərinin olmadığını başa düşürlər və anlayırlar ki, hakimiyyət dəyişdikdən sonra Nikol Paşinyanla eyni dərəcədə cavab verməli olacaqlar”, deyə “Hraparak” qəzeti yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...