Ermənistanda acınacaqlı sosial vəziyyət yaranıb - Dramın tragikomediyası

“İqtisadçıların və maliyyəçilərin Ermənistanla bağlı verdikləri proqnozlar öz təsdiqini tapıb. Gözlənildiyi kimi, müharibədən sonrakı dövrdə Ermənistan bir sıra problemlərlə üzləşib və bunlardan ən ciddisi dramın kəskin devalvasiyasıdır. Daha ciddi iqtisadi problemlərin kəskin şəkildə üzə çıxmasının yalnız zamana ehtiyacı var. SİA xəbər verir ki, bu barədə Ermənistana məxsus "Past" qəzeti yazır.

Xatırladaq ki, dramın devalvasiyası prosesinin bir qədər aktivləşməsi yayın ikinci yarısında müşahidə olunmuşdu. Lakin son 3-4 gündə baş verənlər Ermənistanın həssas və kövrək iqtisadiyyatı üçün daha bir şok yaşatmaqdadır. Dolların qiyməti 25-30 dram artdı ki, bu da mütəxəssislərə görə birbaşa domino effekti olaraq malların qiymətlərinin 20-25% artmasına səbəb olacaq.

Hazırda dolların məzənnəsi 520-522 dramdır. "Past" qəzetinin yazdığına görə, bu günlərdə Mərkəzi Bank dolların kursunu saxlamağa çalışır. Xüsusilə, qəzetin mənbəsi, əslində dolların məzənnəsinin hazırda 575-580 dram arasında dəyişdiyini və Mərkəzi Bankın dolların "uçuşunu" cilovlaya bilməsi üçün gündə təxminən 100 min dollar xərclədiyini bildirib. Hesablama Palatasının sədri Nairi Sarkisyan "Past"-la söhbətində bu vəziyyətin birbaşa qiymətlərə təsir edəcəyini qeyd edib.

"Nəticədə yoxsulluq səviyyəsi artacaq", deyən Sarkisyan, bu anda ölkənin şok vəziyyətinə gəldiyini nəzərə almaqla iqtisadi siyasətdə hərəkətsizliyi çinayət adlandırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...