BMT QAK Dağlıq Qarabağ münaqişəsi nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcək
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində evlərindən didərgin düşmüş şəxsləri müdafiə edəcək.
Bunu BMT QAK-dan bildiriblər.
Qeyd olunub ki, BMT QAK noyabrın 10-da Dağlıq Qarabağ regionunda döyüş əməliyyatlarına son qoyan atəşkəs razılaşmasını alqışlayır:
"Qaçqınlarla iş üzrə BMT agentliyi olaraq biz 1990-cı illərdən regionda məcburi köçkünlərə dəstək göstərilməsi ilə məşğuluq. Mandat üzrə öhdəliklərimizə uyğun olaraq bütün tərəflərlə məsləhətləşməklə biz münaqişə nəticəsində didərgin düşmüş şəxsləri müdafiə edəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB