Elman Məmmədov: “Sarkisyanın son bəyanatı göstərir ki, Ermənistan münaqişənin həll olunmasına maraqlı deyil”

Elman Məmmədov: “Sarkisyanın son bəyanatı göstərir ki, Ermənistan münaqişənin həll olunmasına maraqlı deyil”

"Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağ problemi ilə bağlı son bəyanatı bir daha erməni xislətini göstərir. Bu bəyanat onu deməyə əsas verir ki, işğalçı dövlət beynəlxalq hüquq normalarına riyaət etmək istəmir". SİA-nın xəbərinə görə, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov deyib.
E.Məmmədov bildirib ki, hazırda sülh danışıqları aparılsa da, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində münaqişənin həllində irəliləyiş yoxdur. Onun fikrincə, beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk qrupu işğalçı dövlətlə çox yumşaq rəftar edir.

"Bütün bunlar isə Ermənistanı şirnikləndirir və işğalçı dövlət münaqişənin həllini mümkün qədər uzatmağa çalışır. Serj Sarkisyanın son bəyanatı bir daha bunu təsdiqləyir. Amma Sarkisyan bilir ki, xarici dəstəyi olmasa, bir gün belə onun işğalçı ordusu Azərbaycanın ərazilərində qala bilməz. Gün gələcək ona dəstək kəsiləcək. Eyni zamanda, Azərbaycan müəyyən vaxta qədər səbr edəcək və danışıqlar nəticəsiz qalsa, biz öz torpaqlarımızı istənilən yolla işğalçılardan təmizləyəcəyik", - deyə E.Məmmədov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə