Paşinyanın növbəti hədəfi: Arxiyepiskop saxlanıldı

Nikol Paşinyanın birbaşa göstərişi ilə erməni apostol-qriqorian kilsəsinin Eçmiədzin dəftərxanasının rəhbəri, arxiyepiskop Arşak Xaçatryan bugünlərdə Milli Təhlükəsizlik Xidmətinə (MTX) aparılıb. SİA xəbər verir ki, bu barədə yazan past.am nəşrinin bildirdiyinə görə, kilsəyə yaxın mənbələr MTX-nin qarşısına arxiyepiskopun susdurulması tapşırığı qoyulub.

Nəşr xatırladır ki, Arşak Xaçatryan özünün “Facebook” səhifəsində yazıb: “Nikol Paşinyan ölkənin idarə edilməsi prosesini süquta uğradıb və ən təhlükəli hala keçmədən - xalqla hüquq-mühafizə orqanlarının işçiləri arasında qan tökülməsinin qarşısının alınması məqsədi ilə getməlidir. Artıq şəxsi təhlükəsizliyini dövlətin gələcəyinə qurban verməyin vaxtıdır”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə