YAP Bərdə rayon təşkilatı videokonfrans keçirib FOTOLAR

Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə YAP Bərdə rayon təşkilatı tərəfindən "Qələbə hər zaman bizimlədir!" mövzusunda videokonfrans keçirilib. SİA-nın verdiyi məlumata görə, videokonfransı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya açaraq iştirakçıları bu tarixi gün münasibətilə təbrik edib və Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan, qazandığı uğurlardan danışıb. Bildirib ki, bu gün Azərbaycan xalqı Qələbə zəfərini yaşayır. 1990-cı illərdə Ulu Öndər Heydər Əliyev xalqın bütün gücünü birləşdirib müstəqilliyimizi möhkəmləndirə bildi, böyük xilaskarliq missiyasi ile dövlətimizi xaosdan xilas etdi, parlaq ideyalari ilə ölkəmizin gələcəyinin aydınlığını təmin etdi. Onun sözlərinə görə, bu gün isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan işğalçı Ermənistan və onun ordusu üzərində şanlı qələbə, zəfər günlərini yaşayır. Bu, cənab Prezidentimizin, partiyamızın Sədrinin uğurlu diplomatiyasının, müasir standartlara cavab verən ordu quruculuğu siyasətinin nəticəsidir. Qələbəni Azərbaycan xalqına Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bəxş etdi. "Prezidentimiz cənab İlham Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası iqtidar partiyası olaraq Azərbaycanın əldə etdiyi uğurların şəriksiz müəllifidir və gələcəyə inamın təminatçısıdır. Biz Yeni Azərbaycan Partiyasının üzvü olmağımızla fəxr edir, qürur duyur və Partiyamızın siyasi liderinin ətrafında sıx birləşərək onu dəstəkləyirik",-deyə təşkilat sədri söyləyib. Tədbirdə həmçinin, YAP Bərdə rayon təşkilatının Şura üzvləri Tofiqə Məmmədova, Arifət Əhmədova, təşkilatın ilk üzvlərindən olan Aydın Qasımov YAP-nın yaradılmasının 28-ci ildönümü münasibətilə təşkilat üzvlərini təbrik edib, partiyamızın Sədri, Prezidentimiz cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini bildiriblər.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...