"Ermənistan terror təşkilatları ilə əməkdaşlıq edən bir ölkədir" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın müharibədə hərbi cinayətlər törətməsini bu ölkənin silahlı qüvvələrinə başçılıq edənlərdən biri general-polkovnik Movses Akopyan dolayı yolla açıq etiraf etdi. Məhz "İsgəndər" ballistik -taktiki raketinin Azərbaycana qarşı istifadə edilməsini vurğulaması, Ermənistanın regionda nə qədər təhlükəli ölkə olduğunu göstərir. Həm də müharibə cinayətinə imza atdığı sübut olunur". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan həmin raketi zərərsizləşdirməklə, bu raket haqqında miflərə son qoymaqla yanaşı, Rusiyanın hərbi -sənayesinə də zərbə vurub. Ermənistanda bu raketlərin heç nəyə yaramadığını anladılar. Daima sabiq prezident S.Sarkisyan və Nikol Paşinyanın generalları Bakını ballistik raketlərlə vura biləcəklərini qeyd edirdilər. Azərbaycan Ermənistan ordusunu rüsvayçı şəkildə məhv edərək, əraziləri işğaldan azad etməklə yanaşı, onların raket arsenalını da məhv etmiş oldu. General-leytnant M. Akopyan Ermənistan ordusunun hazırlıqsız və bu raketlərin ölkənin müdafiəsində mühüm rol oynamadığını açıq şəkildə etiraf etdi. Onun Azərbaycana qarşı ballistik raketdən istifadə edilməsini etiraf etməsini sənədləşdirilib beynəlxalq təşkilatlara göndərilməlidir. Bu ölkədə, hətta ATOM elektrik stansiyanın bağlanması da tələb edilməlidir. Ermənistanın nüvə tullantılarını əldə etməsi və bundan terrorçu təşkilatlara verməsi, Türkiyə və Azərbaycana qarşı istifadə edə biləcəyi gündəmə gətirilməlidir. Çünki Ermənistan qeyri-stabil ölkə olaraq terror təşkilatları ilə əməkdaşlıq edən bir ölkədir.

Azərbaycan xalqının ermənilərlə birgə yaşaması mümkün deyil. Bu xalq barbar və faşizm ideyalarına malikdir. Dekabrın 1-dən sonra ermənilərin Qarabağa qayıtmasının qarşısı alınmalı və gələcəkdə onların bizim torpaqlarımızda yaşamasına imkan verilməməlidir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə