"Ermənistan məğlubiyyətlə barışmaq istəmir" ÖZƏL-MÖVQE

"Ermənistan məğlubiyyətlə barışmaq istəmir" ÖZƏL-MÖVQE

"Ermənistan məğlubiyyəti qəbul edə bilmir, Fransa isə Cənubi Qafqazda Rusiya və Türkiyənin güclənməsini istəmir". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.

“Çox təəssüflər olsun ki, biz Fransanın ermənilərlə əlbir olaraq, Cənubi Qafqazda sülh prosesinə əngəl törətməyə çalışdığının şahidiyik. Bu, bölgədəki sülh razılaşmasına qarşı çıxmaqla təxribatları davam etdirmək deməkdir.

Ermənistan məğlubiyyətlə barışmaq istəmir. Fransanın istəyi isə geosiyasi cəhətdən Cənubi Qafqazda Rusiya və Türkiyə birliyinin daha da inkişafına mane olmaqla bölgəni yenidən müharibə alovuna çevirməkdən ibarətdir. Düzdür, Senatın qərarları tövsiyə xarakteri daşıyır. Amma bu başqa ölkələrin parlamentləri üçün də presedent yarada bilər”,-deyə politoloq bildirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə