“Bəzən insanlar yalan informasiyalara özlərini inandırırlar” ÖZƏL-MÜNASİBƏT
“Ümumiyyətlə informasiya çox əlahiddə bir vasitədir. Çünki informasiya bizim sosial davranışlarımızı və kimliyimizi təyin edir. Sosialogiyada, etno-sosialogiyada, politologiyada, cəmiyyətdə ümumi ictimai rəyi, əhval-ruhiyyəni, davranışları, ətraf mühitdə baş verən hadisələri, dərketmə hadisəsini informasiya ilə izah edir. Yəni biz hər hansı siyasi məsələyə mövqeyimizi müəyyən edərkən beynimizdə formalaşan informasiya bazasına əsaslanaraq və ona uyğun olaraq mövqe nümayiş etdiririk. Ona görə də informasiya təyinedici vasitədir”. Bunu SİA-ya “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Baş reaktorun sözlərinə görə, bəzən insanlar yalan informasiyalara özlərini inandırırlar və özlərinə uydurma bir etnik-kimlik düzəldirlər: “Sonradan şovinizmə, xəyala, romantizmə söykənən bu kimliyi ermənilər kimi faşizm ideologiyasına da bəzəyirlər. Daha sonra bu tarixi informasiyanın yaratdığı kimliyin girovuna çevrilirlər. Nəticə etibarilə bunlar real həyata və real ictimai münasibətlərə, beynəlxalq münasibətlərə transfer olunanda isə bu cür faciələrə gətirib çıxarır. Düşünürəm ki, bu mənada Azərbaycan xalqı informasiya siyasətini düzgün təyin edən və xalq kimi öz davranışlarını düzgün müəyyənləşdirən nümunəvi xalqlardan biridir. Çünki nə bizə aiddirsə onu qəbul edirik amma nə bizə aid deyilsə ona əsla iddia etmirik. Eləcə də onu qəbul etməyi özümüzə şərəf bilmirik. Bu çox mühüm genetikxarakterli xalqın, millətin genetik xüsusiyyətidir. Bütün bunların hamısı uşağlıqdan bəri insanların qəbul etdiyi informasiya ilə bağlıdır. Ona görə də düşünürəm ki, hazırki mərhələdə informasiyanın insanlara çatdırılması və insanların informasiyanı əldə etməsi o qədər sürətlə baş verir və o qədər totaldır ki, bundan kənarda qalmaq mümkün deyil. Məhz ona görə də son illərdə informasiya təhlükəsizliyi daha aktualdır və bundan bəhs edilir. Biz Vətən müharibəsi dövründə də bir daha informasiya müharibəsindən yaxşı bir silah kimi istifadə etməyi bacardıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB