“Paşinyan uğur qazana bilməyib” Armen Xaçatryan

“Paşinyan uğur qazana bilməyib” Armen Xaçatryan

Ermənistan parlamentinin yaxınlığında Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya keçirilir. SİA armenianreport.com-a istinadən xəbər verir ki, etirazçılar “Mənim addımım” blokunun deputatlarının da aksiyaya qoşulmasını tələb edirlər.

Məlumatda qeyd olunur ki, "Mənim addımım"-dan olan yalnız bir millət vəkili Armen Xaçatryan etirazçılara yaxınlaşıb və o Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli bəyanat imzalamaq məcburiyyətində qaldığını deyib.

Millət vəkili vəziyyətin Ermənistan, ermənilər üçün kritik olduğunu, Dağlıq Qarabağ rəhbərliyindən alınan informasiyaların ürəkaçan olmadığını qeyd edib. Qeyd edib ki, baş nazir Nikol sona qədər mübarizə aparmağa çalışsa da uğur qazana bilməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə