"Ermənistanın ali hərbi-siyasi rəhbərliyi açıq mətnlə etiraf edir ki, biz Azərbaycanın qabağında dayana bilmədik və tam məhv olaraq hər şeyi itirməkdən xilas olmaq üçün torpaqları qoyub çıxdıq. Nyu-Yorkda dilini bir metr uzadaraq "yeni əraziləri işğal etmək üçün yeni müharibəyə hazırlıq" konsepsiyasını bəyan edən Müdafiə Naziri Tonoyan indi miskin bir tərzdə deyir ki, Hadrutda 30 Azərbaycan əsgərinin qabağından qaçan 1500 əsgərimizin qarşısını ala bilmədik. Ermənistan üçün yenilənmiş Milli Təhlükəsizlik Konsepsiyasının "şanlı" müəllifi Tonoyanın Nyu-Yorkda yekə-yekə dediyi o sözlər hara, bu günkü miskinlik hara". SİA xəbər verir ki, bunu açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.
Ekspert bildirib ki, bu sayaq alçalmış insan etiraflarını Ermənistan baş qərargah rəisi, Paşinyan özü və qondarma "Arsax"ın "lideri" Arutunyan da ediblər: "Konkret deyiblər ki, Qarabağı əsl sahibinə qaytarmalı idik və buna məcbur olduq. Azərbaycana ərazilərimizin azad edilməsi və torpaq bütövlüyümüzün bərpası lazım idi, onu da Prezident, ordumuz və xalqımız etdi".
A.Quliyev sual verir ki, bəs Azərbaycanda özünü müxalifət adlandıran bəziləri nə deyib nə yazırlar? "Sosial şəbəkə hesablarının bəzilərini izləmək yetərlidir. İsa Qəmbər, Arif Hacılı, Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli və başqaları... Az qalırlar hətta bunu da desinlər ki, "İlham Əliyev Qarabağı geri almaqda səhv edib". Bu nə dövlətçi, nə vətənpərvər, nə də müxalifətçilik mövqeyidir. Müxalifətçiliklə MİZANTROPİYANIN (red: siyasətlə məşğul olanlar bu terminin nə olduğunu bilir) fərqi var və olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB