Qondarma rejimin müdafiə ordusunun keçmiş komandiri Samvel Babayan, son hadisələr fonunda "Qarabağ Qəhrəmanı" adından imtina edib. SİA Ermənistana məxsus armenianreport.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, S.Babayan öz həmvətənlərinə müraciət edərək qondarma titulundan imtina etdiyini bildirib.
O, öz müraciətində deyib ki, guya Dağlıq Qarabağ erməni dövlətçiliyinin mərkəzidir, ermənilərin simvoludur və onlar ermənilərin ləyaqətini qorumağa borclu idilər. Xatırladıb ki, onlar münaqişəsinin bütün mərhələlərini keçiblər, hətta bu torpaq uğrunda minlərlə insanın həyatını qurban veriblər.
Samvel Babayan Ermənistan Respublikası liderlərindən, ələlxüsus erməni baş nazirindən, “sənə kim icazə verdi” deyə sual edir. Həmçinin soruşur ki, xalqın razılığı olmadan, seçdikləri qurumlarla məsləhətləşmədən onun necə belə bir qərar verdiyini də soruşur. O, məhz bu səbəbdən də ən yüksək “Qarabağ Qəhrəmanı” titulundan da imtina etdiyini deyib.
“Dağlıq Qarabağ Respublikası Təhlükəsizlik Şurasının katibi səlahiyyətlərimi dayandırdığımı da bəyan edirəm”, deyə Samvel Babayan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB