Arutyunyan təslim qərarından danışıb

Arutyunyan təslim qərarından danışıb

Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin başçısı Araik Arutyunyan hərbi əməliyyatların dayandırılması zərurətindən danışıb. SİA Ermənistana məxsus aysor.am saytına istinadən xəbər verir ki, bu barədə qondarma rejim rəhbəri öz Facebook səhifəsində paylaşıb.

Məlumata görə, Arutyunyan bütün gün ərzində Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı hərbi əməliyyatları dayandırmaq üçün müzakirələr apardığını bildirib: “Parlament deputatları ilə də müzakirələr aparıldı. Mövcud çətin vəziyyəti nəzərə alaraq, təslimiyyət üçün razılığımı verdim”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə