XİN: \"Gürcüstan Azərbaycandakı səfirini geri çağırmağa hazırlaşmır\"

XİN: \"Gürcüstan Azərbaycandakı səfirini geri çağırmağa hazırlaşmır\"

\"Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycandakı səfirini geri çağırmağa hazırlaşmır\". SİA-nın "Qruziya online" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Gürcüstan XİN başçısının müavini Nino Kalandadze bu gün keçirilən növbəti mətbuat konfransında deyib. Onun sözlərinə görə, Zaqatalada yaşayan etnik gürcülər səfir Teymuraz Şaraşenidzenin geri çağırılması tələbini irəli sürüblər.

Qeyd edək ki, Kaxetiya İnformasiya Mərkəzi Azərbaycanın Zaqatala rayonunda yaşayan etnik gürcülərin Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidzenin onların problemlərinə düzgün yanaşmadığı və diqqət göstərmədiyini bildirdikləri barədə xəbər yayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə