"Mənim addımım" da yalvarmağa gedib Moskvaya

"Mənim addımım" da yalvarmağa gedib Moskvaya

"Mənim addımım"ın deputatları təcili Moskvaya səfərə gediblər. SİA xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır.

Qəzet yazır ki, Ermənistan Milli Məclisinin “Mənim addımım” fraksiyasının deputatları, Milli Məclis sədrinin müavini Alen Simonyan, Dövlət Hüquq Komissiyasının sədri Vladimir Vardanyan təcili səfərlə Moskvaya yola düşdü.

Nəşrin yazdığına görə, onların Parlamentdəki mənbələri də bildirdilər ki, erməni deputatların Moskvaya səfərinin məqsədi rusiyalı həmkarları ilə ünsiyyət qurmaq, əhval-ruhiyyəni başa düşmək və mümkünsə dəstək istəməkdir. Qeyd olunur ki, deputatların səfəri rəsmi deyil. Heyət başçısının müavini Lilit Minasyan redaksiyanın sualını cavablandırarkən etiraf edib ki, bu işgüzar səfər deyil.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə