Səfər Əbiyev gürcüstanlı həmkarı ilə görüşüb

Səfər Əbiyev gürcüstanlı həmkarı ilə görüşüb
Azərbaycana rəsmi səfərə gələn Gürcüstanın müdafiə naziri Baçana Axalayanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra gürcüstanlı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səslənib.
Geniş tərkibli görüşdə müdafiə nazirləri ölkələr arasındakı hərbi əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri və bölgədə hərbi-siyasi durum barədə fikir mübadiləsi aparıblar.

Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə