Binəli Yıldırım Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Binəli Yıldırım Şəhidlər xiyabanını və şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyə Cümhuriyyətinin sabiq Baş naziri Binəli Yıldırım noyabrın 3-də Şəhidlər xiyabanını ziyarət edib. SİA-nın verdiyi məlumata görə, şəhidlər xiyabanına gələn qonaq ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və “Əbədi məşəl” abidəsinin önünə gül düzüb.

Sonra Türkiyənin sabiq Baş naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, önünə əklil qoyub, şəhidlik kitabının üstünə gül dəstələri düzüb.

Bütün xəbərlər Facebook səhifəmizdə