Vladimir Truxan: “Paşinyan Putinin tualeti qarşısında ulayır” ITTIHAM

Vladimir Truxan: “Paşinyan Putinin tualeti qarşısında ulayır” ITTIHAM

“Erməni hökumətinin hazırkı başçısı Nikol Paşinyan Dağlıq Qarabağda baş verən situasiyaya görə özü günahkardır”. SİA xəbər verir ki, bu barədə PolitWera internet-kanalında hərbi ekspert, Rusiya silahlı qüvvələrinin polkovniki, Belarus və Rusiya hərbi birləşməsinin yaradılması üzrə fəaliyyət göstərən qrupun keçmiş üzvü Vladimir Truxan deyib.

Onun sözlərinə görə, Paşinyan “rəngli inqilablar” üzərindən maliyyə qazanan amerikalı oliqarx Corc Sorosun nümayəndəsidir. SİTAT: “Artıq Paşinyan anlayır ki, faktiki olaraq məğlub olub. Ona görə ki, onlar orada pul qazanarkən, Azərbaycan düşünülmüş şəkildə müharibəyə hazırlıq işlərini aparırdı. Bu arada mən Türkiyənin Rusiyanı oyunları vasitəsi ilə üstələməsi cəhdləri barədə bağıran qaynar başlı insanları da ittiham etmək istəyirəm. Xeyr, bu hərbi planda ağılsız ermənilərdir ki, onlar qruplaşarkən sadəcə anlamırdılar ki, başlarına döyəcləyəcəklər”.

Hərbi ekspert bildirib ki, Paşinyan 2018-ci ildən Rusiya ilə münasibətlərini pozaraq, bütün istiqamətlərdə tüpürməyə davam edirdi. Məhz bunun nəticəsində mövcud vəziyyətə düşüb və indi də Rusiyaya yalvarmağa başlayıb: “O, Putinin tualeti qarşısında ulayır, çünki Paşinyan ordunun bütün yuxarı təbəqəsini məhv edib, Paşinyan demək olar ki, müdafiə nazirliyinin ali məqamlarını dağıdıb, Paşinyan bütünlüklə təhlükəsizlik orqanlarındakı şəxsləri yığışdırıb, hətta bu il də uzaqlaşdırıb və yerlərinə soroscuqlarını yerləşdirib”.

Vladimir Truxan daha bir maraqlı məqama toxunub: “Onların bir müdafiə naziri var, hansı ki, orduda xidmət aparmayıb və ümumiyyətlə heç bir bacarığı, biliyi yoxdur, yalnız NATO-nun koordinasiyasında iştirak edib. Onlar normal şəkildə NATO-nun oyunbazlıqlarında iştirak ediblər və məsələ də bundadır. Kim onlara kömək etdi? Bax, ona görə də Paşinyan indi də Rusiyaya müraciət edib”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə