Azərbaycanı bütün Türk dünyası təbrik edir

Azərbaycanı bütün Türk dünyası təbrik edir
Azərbaycanın \"Evrovision-2011\" mahnı yarışmasında qazandığı qələbə bütün türk dünyasına bayram əhval-ruhiyyəsi gətirib. Ölkə təmsilçilərimiz Eldar və Nigarın qələbəsinə sevinənlər müxtəlif vasitələrdən istifadə etməklə bizə öz hisslərini büruzə verməyə çalışırlar.

Türkiyədən Türkiyə-Azərbaycan Dərnəyinin sədri, MHP-nin Iğdırdan millət vəkiliyinə namizədliyi irəli sürülmüş Sinan Oğan yazır: \"\"Evrovision-20011\"də birincilik qazanmış Azərbaycanı təbrik edirəm. Bu birincilik hamımızındırş Türk dünyasının gözü aydın olsun. Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ilinin növbəti həftəsində onun məşhur bir kəlamını yada salmaq istəyirəm. Böyük İNSANın dediyi kimi \"Bir millət, iki dövlət\" olduğumuzu dost da, düşmən də gördü. Qaliblərin əlində türk bayrağının olması Bursada çirkin təxribat törədənlərə Türk təpiyi vurmuş oldu. Bozqurd salamı verən Eldarı təbrik edirəm, əlində Türkiyə bayrağı tutmuş Nigarı salamlayıram\".

Bütün xəbərlər Facebook səhifəmizdə